"Bakı Bəyannaməsi Azərbaycanın geosiyasi istiqamətdə atdığı növbəti uğurlu addımdır" - DEPUTAT

"Bakı Bəyannaməsi Azərbaycanın geosiyasi istiqamətdə atdığı növbəti uğurlu addımdır" - DEPUTATXəbər verdiyimiz kimi, iyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq, Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Bununla bağlı Sonxeber.az-a deputat Tamam Cəfərova bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış birgə Bakı Bəyannaməsi regional və beynəlxalq miqyasda yaranan yeni geosiyasi müstəvinin təməlində duran üç nəhəng sütundan biridir:

"Bu sütunlardan birincisi Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibə nəticəsində qalib gəlməsini özündə ehtiva edən 10 noyabr tarixli üçtərəfli razılaşmadır. Bu razılaşma ilə Azərbaycan postsovet məkanında ən qəliz münaqişələrdən biri olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu və Cənubi Qafqaz regionunda yeni siyasi düzən formalaşdırdı. İkinci sütun Türkiyə prezidenti R.T.Ərdoğanın Şuşaya səfəri nəticəsində Türkiyə və Azərbaycan arasında birgə Şuşa Bəyannaməsinin imzalanması oldu. Şuşa Bəyannaməsi müttəfiq və qardaş olan iki dövlətin ittifaqını daha da genişləndirib, dərinləşdirdi. Azərbaycan və Türkiyə arasında mövcud ittifaqa Pakistanın da Bakı bəyannaməsi ilə qoşulması yeni geosiyasi müstəvinin üçüncü sütununu təşkil edir. İyulun 27-də Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüş çərçivəsində Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdən biridir. Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi və həlli üçün yeni bir platforma yaranır. Eyni zamanda parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji məsələləri özündə ehtiva edir. Atılan bu addım ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni imkanlar yaradacaq".

Bəyannamənin mətninin təhlilinə keçməmişdən öncə onu imzalayan aktorların kimliyinə diqqət yetirməyin zəruriliyini vurğulayan Tamam Cəfərova deyib ki, Azərbaycan – bir çox təbii və süni maneələrə rəğmən beynəlxalq güclərin himayəsi altında olan Ermənistana qalib gələn və Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyat və orduya malik olan ölkədir. Türkiyə NATO-da Birləşmiş Ştatlardan sonra ikinci güclü orduya malik, Qara dəniz, Mərmərə dənizi, Aralıq dənizinə çıxışa malik olan, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiyada böyük nüfuza sahib olan, iki qitədə yerləşən regional gücdür. Pakistan – nüvə silahlı qüdrətli orduya, güclü kəşfiyyat sisteminə və böyük əhaliyə malik beynəlxalq oyunçudur. Bu üç oyunçunun birlikdə imzaladığı istənilən siyasi-hüquqi sənəd öz-özlüyündə digərlərini hesablaşmağa məcbur edən beynəlxalq əhəmiyyətli sənədə çevrilir.

Deputat qeyd edib ki, məhz bu üç ölkənin bir araya gəlməsi də təsadüfi bir hal deyil:

"Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini tanıyan birinci və ikinci ölkələrdir, hər iki ölkə ilə Azərbaycanın münasibətləri daima yüksələn xəttlə inkişaf edib və bu əməkdaşlıq Azərbaycan üçün II Qarabağ müharibəsi kimi çətin imtahanda digər bəzi ölkələrdən fərqli olaraq kağız üzərində qalmayıb, real mənəvi və diplomatik dəstəyə çevrilmişdi.

Bakı Bəyannaməsinin mətnində "xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı" əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Bəyannamənin bu hissəsi xüsusi diqqət tələb edir. Beləki, Türkiyə NATO üzvü kimi digər üzv ölkələri ilə birlikdə qarşılıqlı kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Pakistan "İnter-Services İntelligence" kəşfiyyat orqanı isə dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunur. Nəhayət Azərbaycan 30 ilə yaxın Ermənistan kimi terrorçu bir ölkə ilə mübarizə apardığına görə terrorla mübarizə istiqamətində böyük təcrübə əldə etmişdir. Nəticədə hər üç tərəfin bir-birini daha da gücləndirəcək vasitələri vardır. Azərbaycanın Ermənistanın terorçu fəaliyyəti haqqında topladığı məlumatlar Türkiyəyə Yaxın Şərqdə həyata keçirtdiyi anti-terror əməliyyatları zamanı xüsusilə faydalı ola bilər.

Deputat söyləyib ki, dezinformasiya kampaniyalarına qarşı mübarizə hər üç ölkənin əziyyət çəkdiyi vacib məsələlərdən biridir:

"Hal-hazırda Birləşmiş Ştatlarda erməni lobbisi tərəfindən Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən fəaliyyət gerçəklikdə xristian həmrəyliyi ilə pərdələnmiş dezinformasiya kampaniyasıdır. Bu tip kampaniyalar dünya ölkələrində adətən islamofobiya ilə paralel olaraq aparılır. Bu qəbildən bəyannamədə "hibrid müharibələr və islamafobiyaya meylli ölkələr" ifadəsinin işlədilməsi və onlara qarşı fəaliyyət lazımınca dəyərləndirilməlidir. İslamofobiya Pakistanın da üzləşdiyi əsas problemlərdən biridir. Ümumən islama qarşı aparılan əsassız ideoloji "səlib yürüşləri" digər xalqların gözündə islamı və müsəlmanları gözdən salmağa istiqamətlənmişdir. Bunun isə Pakistan üçün geosiyasi anlamda nəticəsi ona qarşı potensial koalisiyaların çoxalması və nüvə silahın tərkisilah olunmasının tələb edilməsi ola bilər.Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Bakı Bəyannaməsi Azərbaycanın yaxın gələcək üçün hədəflədiyi geosiyasi məqsəd istiqamətində atdığı növbəti uğurlu addımdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 880   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel
.

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

"Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər". Bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə ö

20 aprel
.

Muxtar Babayev: Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü hesab edirik

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçiriləcək növbəti konfransı (COP29) qalıq yanacaqlarından mərhələli şəkildə imtina edilməsinə dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. "Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-u

20 aprel
.

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə

20 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel