Toylardan yığılan cərimələr hara xərclənəcək? - AÇIQLAMA

Toylardan yığılan cərimələr hara xərclənəcək? - AÇIQLAMAVerilən qərara görə, Azərbaycanda toylara qonaq sayının 50 və 150 nəfər olmaq şərtilə icazə verilib. Bunun üçün isə insanların hər birində "COVID" pasportunun olması və toy sahibinin insan sayına nəzarət etməsi tələbi qoyulub. Hər gün verilən xəbərlərdən isə görürük ki, insanların çoxu bu tələblərə əməl etmir və cərimələnirlər.

Bəs toylardan yığılan cərimələr hara xərclənəcək?

İqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlamasında bildirib ki, cərimə prosesi inzibati xətalar məcəlləsinə uyğun olaraq həyata keçirilir:

"Bu pullar dövlət büdcəsinə yönlənir və sonradan ayrı-ayrı istiqamətlərdə paylaşdırılır. Bura sosial, infrastruktur, pandemiya ilə mübarizə, əməyin ödənişi, tibbi ləvazimatların, ərzaqların alınması, sosial müdafiə və hökumətin saxlanması (inzibati) xərcləri aiddir. Dövlət büdcəsinin strukturunda nə qədər xərc istiqaməti varsa, bu xərclərin maliyyələşməsinə hansısa formada qatqısı olur. Burada hər hansı xüsusi bir qruplaşdırma aparılmır. Hansı qurumun cərimələri təyin etməsindən asılı olaraq, həmin qurumun çalışanlarının sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericilikdə 25%-lik ayırmalar vardır. Bu da inzibati xətalar məcəlləsində nəzərdə tutulan cərimələr üzrə hesablanır. Həmin gəlirlərin bir qismi də aiddiyatı qurumların kənar fondunun formalaşmasına yönəldilən vəsaitlərdir. Məndə olan məlumata görə, həmin cərimələrin bir qismi də məhkəmələrə daşınır və sahibkarların pandemiya dövründə itkiləri nəzərə alınaraq, bu cərimələr ya azaldılır, ya da ləğv edilir".

İqtisadçı Elşad Məmmədovun sözlərinə görə, toylarda yığılan cərimələr dövlət büdcəsinə daxil edilib, aiddiyatı olaraq büdcə xərcləri formasında iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilə bilər:

"Büdcə daxilolmaları ilə bağlı elə bir yanaşma yoxdur ki, filan sahədən gələn mədaxil məhz filan sahəyə gedəcək. Yığılan cərimələr və vergilər dövlət büdcəsinə daxil olunandan sonra ya iqtisadiyyata qaytarılır, ya da dövlət tərəfindən xarici borcların ödənilməsinə yönləndirilə bilər".

Günel ABBAS
Aytəkin CƏLALİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2227   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel