Emil Əkbərov: "Əslində Ermənistanın son günlər törətdiyi təxribatlarının əsas məqsədi..."

Emil Əkbərov: "Əslində Ermənistanın son günlər törətdiyi təxribatlarının əsas məqsədi...""Son günlər Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması onun heç bir beynəlxalq qanuna və razılaşmaya əməl etməyən təxribatçı ölkə olmasının sübutudur".

Sonxeber.az xəbər verir ki, bu sözləri "Qaynarinfo"ya açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.

Emil Əkbərov qeyd edib ki, Ermənistan rəhbərliyi bu təxribatları ilə erməni xalqının gözündən pərdə asmağa çalışır:

"44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan bu gün böhran içindədir. Ermənistan xalqı artıq rəhbər şəxslərin uydurmalarına inanmır. Heç kəsə sirr deyil ki, 30 il ərzində Ermənistanda hakimiyyətdə olan şəxslər Qarabağ kartından istifadə edib, xalqı istədikləri şəkildə idarə etməyə çalışırlar. Keçən ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bu kart da əllərindən çıxıb. Son günlər Kəlbəcər və bir neçə istiqamətdə atəşkəsin pozulması Azərbaycanın qəhrəman oğullarının qısa müddət ərzində darmadağın etdiyi Ermənistan ordusunun son çırpınışlarıdır. Ermənistanın bu təxribatları, digərləri kimi, yenə də nəticəsiz qalacaq. Azərbaycan ordusu hər zaman ayıq-sayıqlığını qoruyaraq, Ermənistanın bütün təxribatlarına layiqli cavab verir və onları itki verərək geri çəkilməyə məcbur edir. Düşməni döyüş meydanında ağır məğlubiyyətə uğradan Azərbaycan ordusu qısamüddətli müharibədə əldə etdiyi qalibiyyətlə adını tarixə qızıl hərflərlə yazdırdı. Əlbəttə, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Ali Baş Konmandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi və ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsindədir.

Bundan əlavə, tarixi qələbənin əldə edilməsində xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti də mühüm rol oynadı. Vətən müharibəsində əldə etdiyimiz böyük naliyyət milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Qələbə ruhumuz, müzəffər Azərbaycan ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və gələcək nəsillərə ötürüləcək".

Emil Akbarov vurğulayıb ki, əslində Ermənistanın son günlər törətdiyi təxribatlarının əsas məqsədi Zəngəzur dəhlizin açılmasına mane olmaqdır:

"Ermənistan hər zaman regionda sülhün və əmin-amanlığın təmin edilməsinə mane olub. Təəssüf ki, Ermənistan hələ də 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən dərs götürməyib və yenə də təxribatçı addımlarını davam etdirir. Əslində, dünən cənab Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam Ermənistanın təxribatlarının bizi heç bir zaman yolumuzdan döndərməyəcəyinin sübutudur.

Ermənistan və havadarları unutmasınlar ki, 44 günlük müharibədə düşmənin başını əzən dəmir yumuruq hələ də yerindədir. Kəlbəcər və müxtəlif istiqaqmətlərdə törədilən təxribatlar davam edərsə, Ermənistan dəmir yumruğu yenidən öz başında hiss edəcək və onun bir dövlət kimi mövcudluğu şübhə altına düşəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1832   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021