Türkiyədə meşələri belə yandırıblar - VİDEO

Türkiyədə meşələri belə yandırıblar - VİDEOTürkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk olaraq iyulun 28-i Antalyada başlasa da, daha sonradan 7 ayrı əyalətə keçib.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğınların miqyası onun qəsdən törədilməsi ehtimalını günü-gündən artırır.

Belə ki, bu yanğın bir-birindən əlaqəsiz əyalətdə baş verir və yay aylarında isti havanın təsirindən baş verən yanğına bənzəmir.

Sosial şəbəkələrin Türkiyə seqmentində yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Bu müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır.

Keçmişdə özlərini "Atəşin övladları" adlandıran terrorçular Qaradəniz, İç Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artıb.

Bütün bu müzakirələr davam edərkən, "Oda TV"nin yaydığı məlumata görə, PKK terror təşkilatının "Atəşin övladları" adlı qruplaşması yanğınla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar.

Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli yanğınlarla bağlı danışarkən bunun təxribat ola biləcəyi ehtimalını da istisna etməyib.

Sosial şəbəkələrdə yayılan videolarda isə iki nəfərin açıq bir məkanda otlara od vurduğu və daha sonra gizlincə ərazidən uzaqlaşdığını görmək mümkündür.

Bununla yanaşı, Antalyadan 500 km aralıqda olan Ankarada yanğın törətməyə çalışan bir nəfər saxlanılıb. Məlumata əsasən, Polatlı adlı qəsəbədə bir nəfər otları yandırıb qaçmağa çalışarkən sakinlər tərəfindən saxlanılıb və polisə təslim edilib. Yanğınsöndürənlər dərhal yanğına müdaxilə edə bilib və yanğın böyümədən söndürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2869   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yol vermək üstündə dava: 8 dəfə bıçaqladı

Sürücüləri yol vermək üstündə dava ediblər. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Sürücülərdən biri digərinə 8 bıçaq zərbəsi vurub. Onun yanındakı digər şübhəli isə silah ilə atəş açıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Yaralının xəstəxanad

17 aprel
.

Rəisi Putinə zəng etdi

Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, söhbət İran tərəfinin təşəbbüsü əsasında aparılıb. Putinlə Rəisi Yaxın Şərqdəki hazırkı vəziyyəti müzakirə ediblər

16 aprel
.

Həkimlər diaqnoz qoya bilmirlər – 45 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

Nigeriyanın Kano əyalətində ən azı 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü bildirilir. xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb. Əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan ən azı 45 nəfər diaqno

18 aprel
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18 aprel
.

Urmiya gölünün son peyk görüntüsü

Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün son görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Fotolardan gölün cənubunda suyun səviyyəsinin bir qədər çox, lakin mərkəzdən şimala doğru olan hissəsində suyun xeyli az olduğu görünür. Məlumata görə

18 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel
.

Restoranda dəhşətli yanğın olub

Türkiyədə restoranda dəhşətli yanğın baş verib. xarici mediaya istinadən xəbər verir ki, başlayan yanğın qısa müddət ərzində park edilmiş avtomobilə və ona bitişik 3 mərtəbəli binaya keçib. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu xilasetmə qrupları sövq edildi. Hadisə yerinə gələ

18 aprel
.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel