Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü

Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydüSabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib.

Sonxeber.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, "Range Rover" markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb.

Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.

"Qafqazinfo" məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı "Range Rover" markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: "Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır".

Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.

Qeyd edək ki, X. Kazımlı İmişli rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2526   Tarix: 31 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021