Vəhşi QƏTLİAM - Bir ailədən 7 nəfəri öldürdülər... - SƏBƏB
Türkiyənin Konya vilayətinin Meram rayonunda ötən gün günorta saatlarında törədilmiş dəhşətli qətliamın-etnik kürdlərdən ibarət ailənin bütün üzvlərinin öldürülməsinin səbəbləri üzə çıxıb.
Qətlə yetirilən Dedeoğulları ailəsinin yaxını İsmet İnik bu dəhşətli divantutmanın pərdəarxasını danışıb.
Xəbər verildiyi kimi, evə daxil olan silahlılar 4-ü qadın olmaqla bir ailədən 7 nəfəri qətlə yetiriblər və evi yandıraraq qaçıblar. İsmet İnik deyir ki, Dedeoğulları ailəsinin yaşadığı evə bir neçə gün əvvəl-Qurban Bayramının ertəsi günü 50-60 nəfərlik silahlı qrup hücum etmişdi. Və həmin hücumdan sonra evin ətrafına videomüşahidə kamerası yerləşdirilib.
İsmet İnik deyib ki, qətlə yetirilən ailənin başçısı Yaşar Dedeoğulları onun əmisidir, 10-11 il əvvəl bu qəsəbədə məskunlaşıb. Qətliamın səbəbi isə 10-11 il əvvəl iki ailə arasında yaranmış qan davasıdır.
"Həmin silahlı hücumdan sonra araya girib barışıq yaratmaq istədik, amma o biri ailədən bir nəfər barışığa gəlmədi və qətliamı da təkbaşına törədib. Evə girib, əvvəlcə içəridəkiləri vurub, sonra axırda heyvanlara baxan iki qızı vurub, içəridə olan hər kəsi öldürdükdən sonra yanında gətirdiyi benzini evə töküb od vurub və gedib",-o deyir.
İki kürd tayfası arasında bu qan davası isə adi mübahisə üstündə başlayıb, həmin vaxt tərəflər bir-birlərinə daşla, dəyənəklə hücum edib döyüblər. O vaxtdan bəri düşmənçilik başlayıb./Virtualaz.org/
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Dünyada Baxılıb: 4527 Tarix: 01 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşABŞ-da itkin düşən F-35-in qalıqları tapılıb
ABŞ-ın Cənubi Karolina ştatında F-35 qırıcısının qalıqları tapılıb. xəbər verir ki, pilot təyyarə qəzaya uğramadan əvvəl paraşütlə tullanıb. Səlahiyyətli şəxslər F-35 dağıntılarının Charleston Hava Qüvvələri bazasının şimal-şərqindəki Uilyamsburq kənd bölgəsində tapıldığını açıqlayıblar. Amerika hərbçilərini
27 sentyabrNigeriyada vəba epidemiyasında ölənlərin sayı 94-ə çatıb
Nigeriyada bu il vəba epidemiyasında həyatını itirənlərin sayı 94-ə yüksəlib. xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, son bir ayda ölkənin 23 əyalətində 201 vəba hadisəsi qeydə alınıb. Yanvar ayından bu yana ölkədə 2860 vəba hadisəsi qeydə alınıb, epidemiyada
26 sentyabrEfiopiyada baş verən qarşıdurmalarda 50-dən çox Fano silahlısı öldürülüb
Efiopiyanın Amhara bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında baş verən qarşıdurmada 50-dən çox Fano silahlısı öldürülüb. xəbər verir ki, Efiopiya Milli Müdafiə Qüvvələrindən (ENDF) verilən açıqlamaya görə, ölkənin Amhara bölgəsində toqquşmalar baş verib. Təhlükəsizlik qüvvələrini
26 sentyabrFilippində vulkan püskürməsindən tüstü şəhərləri bürüdü
Filippinin Luzon adasında Taal vulkanı püskürüb. xəbər verir ki, hadisədən sonra tüstü şəhərlərin üstündəki səmanı örtüb. Hava keyfiyyətinin pisləşməsi səbəbindən məktəblərdə təhsil dayandırılıb. Yaxınlıqdakı şəhərlərdə səmanın tüstü ilə örtülməsi nəticəsində havanın keyfiyyəti və görmə qabiliyyəti pisləşib
27 sentyabrRusiyadan qondarma rejimin özünü buraxmasına reaksiya
Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxması Rusiyada müsbət qiymətləndirilib. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Rusiya mətbuatına verdiyi müsahibəd
28 sentyabrRusiya 23 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib
Rusiya İngiltərənin anti-Rusiya siyasətləri səbəbiylə hərbi-siyasi, media və elmi ictimaiyyəti təmsil edən 23 Britaniya vətəndaşına sanksiya qərarı verib. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Londonun şəxsi sanksiya mexanizmindən istifadə edərək və Kiyev rəhbərliyinə hərtərəfl
27 sentyabr