Aşağı qiymət alan şagirdlər nə edəcək?

Aşağı qiymət alan şagirdlər nə edəcək?Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalar istisna olmaqla digər lisey və gimnaziyalarda şagird hansısa bir fəndən 3 qiyməti alarsa, məktəbdən xaric olunur. Valideynlər isə belə halın baş verməsinə etiraz edirlər. Onlar bildirir ki, bu cür yanaşma şagirdlərdə ciddi travma yaradır, özünə inamı öldürür. Onlar bu fikri əsaslandıraraq deyirlər ki, müəllim əgər pedaqoqdursa, şagirdi "uçurum"dan atmaq əvəzinə zəif qiymət alanla maraqlanmalı, onu təkrar motivasiya etməli və cəmiyyətə qazandırmalıdır. Təhsil Nazirliyi belə hallara ciddi nəzarət etməlidir.

Əslində necə olmalıdır?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, xüsusən də yuxarı sinif şagirdləri bu cür hallarla qarşılaşırlar. İ.Orucov deyir ki, lisey və gimnaziyalarda proqramlar adi ümumtəhsil məktəblərindən tədris olunan proqramlardan fərqli, mürəkkəbdir: "Əslində valideynlərin də narahatlığı başa düşüləndir. Bizə də dəfələrlə bu cür şikayətlər daxil olub. Onlar bu münasibətdən övladlarının travma aldığını vurğulayırlar. Təhsildə travma olmamalıdır, çünki təhsilin əsas hədəflərindən biri savadlı vətəndaş yetişdirməkdirsə, digəri sağlam vətəndaş yetişdirməkdir".

Ekspert deyir ki, şagird proqramı mənimsəyə bilmirsə, burada şagirdi cəzalandırmaqdan söhbət getməməlidir. Sadəcə olaraq belə olan halda şagirdlər adi ümumtəhsil müəssisələrinə transfer edilirlər: "Yəni, belə bir addım atılmasında məqsəd şagirdləri gərginlik altında saxlamaq, onları cəzalandırmaq deyil. Məsələyə digər rakursdan baxaq. Biz şagirdin zəif oxuduğu üçün məktəbdən kənarlaşdırılmasını travma kimi qiymətləndiririksə, o zaman onun məktəbdə oxuyaraq sinif yoldaşlarından geridə qalmasını da travma olaraq dəyərləndirməliyik".

Hansı üsullardan yararlanmaq olar?

Ekspert deyir ki, bunun üçün müəllimlər fərqli yanaşmalar ortaya qoymalıdırlar: "Finlandiyada cəmiyyətin, ailənin təhsilə baxışı fərqlidir. Bütün bunları götürüb Azərbaycanda tətbiq etsək, bu da effekt verməyəcək. Çünki cəmiyyətin özündə təhsilə baxışda fərqli münasibətlər var. Məsuliyyətli və məsuliyyətsiz valideynlər var. Valideynlər var ki, övladını məktəbə göndərir və bütün yükü elə məktəbin üzərinə atır. Finlandiya ilə müqayisə apardıq. Bilirsiniz ki, Finlandiya məktəblərində ev tapşırığı da yoxdur. Bir sözlə, bütünlükdə biliyin mənimsənilməsi prosesi məktəbdə baş verir".

İ.Orucov bildirir ki, bu səbəbdən Azərbaycandakı mənzərəyə baxdıqda, nisbətən zəif uşaqların həmin məktəblərdən uzaqlaşmasında müəllimlərə haqq qazandırmaq olmaz: "Müəllim yalnız dərs keçməklə kifayətlənməməlidir. Müəllimlər hər bir şagirdə görə fərdi yanaşmanı ortaya qoymalıdır. Bu çox vacib amildir. Hesab edirəm ki, müəllimlərin işə qəbuluna tələblər gücləndikcə, məktəb idarəçilik sistemi yenilləndikcə müəllimlər şagirdin bacarığını üzə çıxarmaq üçün bütün səylərini səfərbər edə bilmirlər".

Ekspert bu problemə kompleks yanaşmanın vacib olduğunu deyir. O bildirir ki, bunun üçün ilk növbədə şagird-məktəb-validyen kommunikasiyası düzgün qurulmalıdır.

Millət vəkili Musa Qasımlı deyir ki, təhsildə ciddi tələbkarlıq, nizam-intizamla yanaşı eyni zamanda şagirdlərə böyük qayğı olmalıdır. O bildirir ki, müəllimlərin sərt tələbkarlığı şagirdlərlə aralarında uçurumun yaranmasına gətirib çıxarmamalıdır: "Bütün şagirdlərə bəzən hansısa üsul olmadan eyni yanaşma da mənfi nəticələrə gətirib çıxarır. Şagirdlə davranmaqda müəllimlər diqqətli olmalı, ən azı böyük kəşflər edən dahilərin həyatına nəzər yetirməlidirlər".

M.Qasımov vurğulayır ki, şagirdlərin hamısı bütün imtahanlardan "4" və ya "5" qiymətlər ala bilməzlər. Onlar müxtəlif qiymətlər, o cümlədən "3" də ala bilərlər: "Bəs onda "3" nə üçün qiymətləndirmə sırasında var? Harada yazılıb ki, bir fənndən "3" qiymət alan şagird məktəbdən çıxarılmalıdır? Müəllimlər gələcəyimiz olan həmin şagirdlərə fərdi yanaşmalı, xəbərdarlıq etməli, şans verməli və həvəsləndirməlidirlər".

"Belə qərarları qəbul edərkən, şagirdin taleyini düşünməlidirlər. Axı, bir liseyi bitirən şagirdlərin heç də hamısı universitetlərə qəbul zamanı eyni ixtisası seçmirlər. Təbii ki, liseylər arasında rəqabətin olduğunu da unutmaq olmaz. Onların hər biri şagirdlərinin səviyyəsinin yüksək olmasını istəyir. Valideynlər övladlarının təhsilinə xüsusi diqqət verməlidirlər", - deyə millət vəkili əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2106   Tarix: 01 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel