"ABŞ, Fransa birləşməsinin Qafqazda Ermənistanı dəstəkləyəcəyi fikri nağıldır" - AÇIQLAMA

"ABŞ, Fransa birləşməsinin Qafqazda Ermənistanı dəstəkləyəcəyi fikri nağıldır" - AÇIQLAMA"Biz indi hansısa problemdən danışmırıq. Müharibə 10 noyabrdan bitib və tərəflər arasında öhdəliklərdən ibarət müqavilə bağlanılıb".

Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O bildirib ki, öhdəliklərin götürülməsi Ermənistan üçün kapitulyasiyadır:

"İndi baş verənlər tanıma əməliyyatlarıdır və Azərbaycan tərəfi yeni postlarda qərarlaşıb. Ermənistan tərəfi onilliklər boyunca Azərbaycan ərazilərini kənd təssərüfatı, yaylaq, otlaq məqsədi ilə istifadə ediblər. Həmin ərazilər SSRİ dövründə də qeyri-rəsmi şəkildə ermənilərin istifadəsində olub. Bu gün isə o dəqiqləşdirmələrin aparılması Ermənistan hakimiyyəti üçün çox ciddi şəkildə problemlər meydana çıxarıb. Bu problemlərin də kökündə dayanan yeni ərazi xəritəsinin Ermənistan tərəfinə, Ermənistan xalqına qəbul etdirmək məsələsidir. Paşinyan bu məsələni anladığına görə, öz xalqına mesaj vermək istəyir ki, Ermənistan hakimiyyətinin faktiki olaraq hərbi gücü imkan vermir ki, Azərbaycan qarşısında tab gətirsin. Paşinyan demək istəyir ki, çalışırlar hərbi prizmada Azərbaycana cavab versinlər. Ermənistan hakimiyyəti ritorikanı gücləndirərək üstümüzə gəlmək istəyir.

Paşinyanın rəqibləri revanşistlər, ordunu idarə edən şəxslərdir. Həmin şəxslərin çoxu Qarabğlıdır, keçmiş hakimiyyətin törtöküntüləridir. Bu adamlar Rusiya ilə çox geniş əlaqələrə malikdirlər.

Rusiya kommunikasiya xətlərinin açılmasında maraqlıdır ki, pulunu qazansın və Ermənistan kimi yükdən qurtulsun. Ermənistan tərəfi Fransanın bölgəyə gəlməsini istəsə də, bilməlidir ki, Rusiya olan bölgəyə Fransa gələ bilməz. Bu, Rusiya və Türkiyənin Qafqazdakı siyasətinə ziddir. Ermənistan tərəfinin etdiyi təxribatlar Fransa və BMT tərəfindən dəstəklənir. Rusiya və BMT-nin maraqları dünyanın istənilən nöqtəsində toqquşur. Bu toqquşma isə heç bir halda Cənubi Qafqazda baş verməyəcək. Rusiya, Türkiyə və İranın maraq dairəsində olan Cənubi Qafqazda ABŞ, Fransa birləşməsinin Qafqazda Ermənistanı dəstəkləyəcəyi fikri nağıldır".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1743   Tarix: 03 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Hacıqabul rayonuna səfər edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub. -ın məlumatına görə, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və "Agro Dairy"

9 aprel
.

Prezident İlham Əliyevdən Ələt azad iqtisadi zonasının fəaliyyəti barədə SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən qərara alınıb:. "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbayca

5 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək. Bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb

9 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel