Azərbaycanda meşədə baş verən yanğın lokallaşdırıldı: Nazirlik rəsmisindən əhaliyə ÇAĞIRIŞ

Azərbaycanda meşədə baş verən yanğın lokallaşdırıldı: Nazirlik rəsmisindən əhaliyə ÇAĞIRIŞ"İlkin məlumata görə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğının əhatə etdiyi ərazi 10 hektara yaxındır".

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, ərazidə əsasən kol, xırda ölçülü bitkilər yanıb:

"Yanğın zamanı böyük gövdəli ağaclara ciddi ziyan dəyməyib. Bildiyiniz kimi artıq bir neçə gündür ki, həm Yardımlı, həm də Lənkəranda meşə sahələrində yanğınlar başlayıb. Yanğınların söndürülməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.

Demək olar ki, artıq yanğınlar lokallaşdırılıb. Sonuncu yanğın Hirkan Milli Parkının sərhəd hissəsində baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşları və yerli sakinlərlə birlikdə artıq söndürülüb. Hazırda ərazidə sadəcə xırda tüstülənmə müşahidə olunur.

Qeyd edim ki, yanğın baş verən ərazilər relyefi çətin ərazilərdi. Hazırda FHN-ə aid helikopter də tüstü olan ərazilərdə fəaliyyətdədir. Dəymiş ziyan barədə ətraflı məlumat veriləcək".

F.Əliyev ölkə ərazisində baş verən yanğınlarla bağlı əhaliyə çağırış edib:

"Yay fəsli təbiətin yanğına həssas dövrüdür. İnsanları duyarlı olmağa səsləyirik. Təbiət qoynunda istirahət edən zaman təhlükəsizlik qaydalarına əməl etmək, açıq alovdan, siqaretdən istifadə etməmək lazımdır.

Xırda bir qığılcım hektarlarla ərazinin yanmasına gətirib çıxarır. Meşələrdə istirahət edən zaman insanlar kiçik bir yanğın görərlərsə, aidiyyəti qurumlara müraciət etsinlər. Çünki çətin relyef bəzi ərazilərdə baş verən yanğının söndürülməsində problem yaradır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 822   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart