Vilyam Hacıyevin cinayət işindəki zərərçəkmişlərin SİYAHISI - FOTO

Vilyam Hacıyevin cinayət işindəki zərərçəkmişlərin SİYAHISI - FOTOİmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə olan Vilyam Hacıyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, "DOST İş Mərkəzi" MMC, "İmişli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi, İmişli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsi cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Vilyam Hacıyevin cinayət işi üzrə hazırlıq prosesi avqustun 20-ə təyin edilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsinin ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Vilyam Hacıyevin cinayət işindəki zərərçəkmişlərin SİYAHISI - FOTOBundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2077   Tarix: 14 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markal

24 mart
.

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, yaralanmış altı nəfərdən üçünün vəziyyəti ağırdır

25 mart
.

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında "Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu" adlı süjet hazırlanıb. xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlə

24 mart
.

Xankəndi şəhərində məktəb və kollecin zirzəmilərindən silah-sursatlar tapılıb

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən

24 mart
.

Ağstafada maşın aşdı, üç gənc yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğlu və 2005-ci il təvəllüdl

26 mart
.

Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA

Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib. Bu barədə "Unikal"a açıqlamasında İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib. O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli ev

24 mart
.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart
.

Xaçmazda qadının özündən 39 yaş kiçik qohumu tərəfindən öldürülməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO/VİDEO

Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın özündən 39 yaş kiçik qayını oğlu tərəfindən xüsusi amansızlıqla öldürülməsi hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə bizim.media-ya danışan mərhumun oğlu, rayonun Qusarçay kənd sakini Zaur Balacayev bildirib ki, anası hadisə zamanı evd

23 mart