Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTOAzərbaycanda bir manatdan ucuz bərk sabun çox azdır. Maye sabunların qiymətləri isə daha yüksəkdir. Sabun gigiyenik vasitədir, gündəlik istifadə olunur və tələb də böyükdür. Bəs onun qiymətlərini baha edən səbəblər nələrdir?

Sonxeber.az xəbər verir ki, "Kaspi" qəzeti bununla bağlı araşdırma aparıb.

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTOİqtisadçı Elşad Məmmədov deyir ki, idxal olunan sabunların qiymətinin bahalığını şərtləndirən amillər var: "Hazırda dünya iqtisadiyyatında inflyasiya prosesi sürətlənməkdədir. İstehlak bazarında qiymətlərdə artım müşahidə edilir. Sözsüz ki, bu, Azərbaycana idxal olunan məhsulların qiymətinə öz təsirini göstərir. Bununla yanaşı, idxalla məşğul olan şirkətlərin sayının azlığı da qiymətlərə təsir edən faktdır. Bu şirkətlərin şaxələndirilməsi, sayının artırılması qiymətlərin yumşalmasına şərait yarada bilər. Yerli istehsal məhsulunun lazımi səviyyədə olmaması da ixrac məhsullarının qiymətinə təsir etməlidir və edir. İdxaldan asılılıq azaldılmalı, bazarda yerli məhsulların payı genişləndirilməlidir".

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTOAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə sabun biznesi sağlam vəziyyətdə deyil: "Azad İstehlakçılar Birliyini yaratmağımın səbəbi elə sabun biznesində gördüklərim olub. Sabun idxalı sahəsində biznes qurmuşdum. Sifariş vermək istədiyim xarici istehsalçı mənə dedi ki, qiymət barədə düşünməyin. Biz keyfiyyətinə təsir edəcəyik, daha münasib başa gələcək və s. Həm qiymətlərlə oynayırlar, həm də keyfiyyətlə. Ona görə bu biznesdən uzaqlaşdım və istehlakçıların hüquqlarının müdafiəsi sahəsinə keçdim".

E.Hüseynov deyir ki, qiymətlərin baha olmasına gətirib çıxaran məqamlar var və onlar aradan qaldırılmalıdır: "Kartel sövdələşmələri, inhisarçılığı qeyd etmək olar. Cənab prezident də bu məsələyə toxunur. Bəli, burda qiymətlərin razılaşdırılması və diktə edilməsi var. Ciddi məsələlərdən biri marketlərdə mal yerləşdirən sahibkardan külli miqdarda qeyri-qanuni pul alınmasıdır. Bu xərc də məhsulun qiymətinin üzərinə gəlir. Nazirlər Kabineti marketlərin özbaşınalığının aradan qaldırılması ilə bağlı tədbir görməlidir. İstehsalçılar, idxalçılar danışmırlar, məhsullarının şəbəkədən çıxarılmasından qorxurlar".

E.Hüseynov deyir ki, sabunla bağlı yerli istehsalda da hərc-mərclik var: "Çox az miqdarda yerli sabun istehsalçısı var".

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTOE.Məmmədov deyir ki, sabun üçün lazım olan xammalın böyük hissəsi ölkəmizdə var: "Biz neft ölkəsiyik və bir çox məhsulların istehsalında xammal olaraq neft böyük rol oynayır. Amma bizdə hasil olunan neftin 80-90 faizi xammal şəklində ixraca gedir. Nefti emala yönləndirsək, kifayət qədər böyük həcmdə, böyük çeşiddə məhsullar istehsal oluna bilər. Həmin məhsullardan biri də sabun olar".

Adının çəkilməsini istəməyən sahibkarlardan biri qeyd etdi ki, bu sahədə biznes qurmağa çalışıb, amma istehsal etdiyi məhsul idxal olunandan baha başa gəldiyi üçün işi dayandırıb: "Mən paltar sabunu istehsalına başladım, araşdırma və s. apardım, böyük qurğular, lazım olan avadanlıqları alıb işə başladım. 7 ay istehsalla məşğul oldum, amma sonda zərər etdim. Xammalı baha başa gəlirdi. Digər xərcləri də gələndə, istehsal etdiyimiz məhsulun qiyməti idxal olunan sabunlardan daha baha oldu. Ona görə işi dayandırdım".

E.Məmmədovun sözlərinə görə, hazırkı şəraitdə ölkədə yerli istehsal sabunların idxal olunanlardan daha münasib qiymətə təklif edilməsinin mümkünlüyü çətin məsələdir: "Müasir iqtisadiyyatda istehsal prosesinin təşkil edilməsi böyük texnoloji korporasiya tələb edir. Yəni bir şirkətin, bir fiziki şəxsin hansısa mürəkkəb məhsulun istehsalını həyata keçirməsi, əksər istiqamətlər üzrə, demək olar ki, qeyri-mümkündür. Texnoloji korporasiya da böyük sərmayə və böyük bazarların olmasını tələb edir. Bu gün dünyanın hansı ölkəsinə getsəniz, bizdə satışda olan xarici brendləri görəcəksiniz. Onların satış bazarı milyardlarla insandır. Ona görə onlar cüzi ticarət əlavələri qoyurlar. Bizim sahibkarlarımız isə yerli bazarla məhdudlaşmalı olurlar. Çünki xarici bazarlara çıxış çox çətindir. Bu halda yerli sahibkarlar ciddi çətinliklərlə üz-üzə qalır. Bazar geniş olduqca, dövriyə çoxalır və bu zaman məhsulun dəyərinin üzərinə ticarət əlavəsi az qoyulur. Ona görə bizə yaxın, qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsinə getməliyik. Əgər özümüz sabun istehsal edib onu yalnız Azərbaycan bazarına çıxaracağıqsa, satışda olan idxal məhsullarından ucuz qiymətə təklif etmək mümkün olmayacaq".

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTOE.Məmmədov qeyd etdi ki, sahibkarlara verilən kreditlərin faizi yüksək olduğu üçün bu da məhsulların qiymətinə öz təsirini göstərir: "İnvestisiyaların həcminin az olması, pul kredit siyasətinin kəskin şəkildə sərtləşdirilməsi bu işlərin reallaşdırılmasına imkan vermir. Sahibkarların maliyyə resurslarına çıxışı xeyli dərəcədə yumşalmalıdır. Bizdə bu gün kredit faizləri çox yüksəkdir. Sahibkar hər hansı bir iş görmək istəyirsə, götürdüyü kreditlər əvvəlcədən biznesi rentabelsiz edəcək. O işdə sahibkarın illik qazancı maksimum 5-7 faiz olacaq. 25 faizlə kredit götürüb iş görən sahibkar müflis olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1379   Tarix: 05 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021