Koronavirusun "Mu" ştammı nə dərəcədə təhlükəlidir?
Son məlumatlara görə, koronavirusun yeni yaranmış "Mu" ştammında yoluxuculuq və ölüm halı "Delta" ilə müqayisədə azdır.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, bu ştamm hazırda geniş araşdırılır: ""Mu" ştammı hazırda dünyanın 39 ölkəsində yayılmaqdadır. Bu ştamm barədə hələlik ətraflı məlumat yoxdur. Virusu sadəcə olaraq Ümumdünya Səhiyyə Təşkilatı izlənən variantlar siyahısına salıb. Hələ ki, tədqiqatlar aparılır. Güman edilir ki, "Mu" ştammına yoluxma faizi hələ azdır. Amma bir sıra ölkələrdə bu ştamma yoluxmanın daha yüksək olduğu özünü büruzə verir. Məsələn, Kolumbiyada ümumi yoluxanların təqribən 39 faizini "Mu" ştammına yoluxanlar təşkil edir. Həmçinin buna yoluxanlar arasında orta yaşlılar və gənclər də var. Amma xəstəlikdən ölüm halının yüksək olması barədə hər hansısa bir mlumat yoxdur. Yəni, yoluxuculuq və ölüm nisbətinə görə "Delta"dan aşağıdır".
İnfeksionist Nigar Əliyeva isə yeni ştammın ölkəmizə gəlmə riskinin mümkün olduğunu deyib:
"Bu ştam ilk olaraq Kolumbiyada aşkarlanmışdı. İlk aşkarlandığı dövrdə yayılma sürəti bu günə nisbətən daha kiçik rəqəmlərlə göstərilirdi. Təbii ki, bu ştammın Azərbaycana da gəlməsi qaçılmazdır. Yeni ştammın kliniki əlamətləri və gedişatı haqqında danışmaq çox tezdir. Çünki hələ araşdırmalar gedir. Son qərarı ÜST verəcək. Biz ümid edirik ki, yeni ştammlar yarandıqca ölüm halları azalacaq. Çünki vaksinasiya prosesi öz növbəsində həm də yeni yaranan ştammların zəifləməsinə xidmət edir".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 880 Tarix: 06 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Turlar.azHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols
10 mayBu kartoflardan yeməkdə istifadə etmək olmaz - Alimlərdən məsləhət
Alimlər müəyyən ediblər ki, kartof buxarda bişiriləndə və ya soyutmalananda orqanizm üçün faydalıdır. Lakin bəzən o, sağlamlıq üçün olduqca təhlükəli ola bilər:. Soyuducuda saxlanılan kartof. -a istinadən bildirir ki, soyuducuda saxlanıldıqdan sonra kartofun tərkibindəki nişasta şəkərə çevrilir. Bu cü
25 oktyabr 2021Sizdə insult ola bilər? - SADƏ TEST
Bu testi Kioto Universitetində işləyən yaponiya alimləri təklif ediblər. Bu testin nəticələri insanda beyin qan dövranının pozulmasını aşkar etməyə imkan verir. 1 ayaq üzərində dayanın, o biri ayağınızı bir qədər qaldırın. Bu vəziyyətdə 1 dəqiqə ərzində dayanmalısınız. Əgər siz bu testdən uğurla keçmisinizsə
6 sentyabr 2021Vaksin vurulur, amma yoluxma və ölüm ARTIR - Səbəb nədir? - AÇIQLAMA
Son günlər insanları narahat edən əsas məsələlərdən biri yoluxma sayının artmasıdır. Onları düşündürən sual budur ki, 1-ci və 2-ci dalğada yoluxma və ölüm halı daha az idi. Bəs niyə vaksin vurulmasına baxmayaraq, yoluxan və ölənlərin sayı artır?. Məsələ ilə bağlı infeksionist Nicat Əzimli -a açıqlam
6 sentyabr 2021Bu gündən daha bir qadağa aradan götürüldü
Bu gündən etibarən daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib. xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gəl
6 sentyabr 2021Ağdama getmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb. xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb. O bildirib ki, səfərə qatılmaq üçün elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvənd
6 sentyabr 2021