"Yeni Klinika" ya xəstə qəbulu üçün 2000-2500 manat tələb edilirdi - Məhkəmə

"Yeni Klinika" ya xəstə qəbulu üçün 2000-2500 manat tələb edilirdi - MəhkəməBakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika" Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Samir Mirzəyev bildirib ki, klinikanın direktoru Pərviz Abbasov onun qardaşının sinif yoldaşı olub: "Özüm və atam koronavirusa yoluxanda həmin klinikaya yerləşdirilmişik, müalicə alıb sağalmışıq. Sağalıb klinikadan çıxandan sonra klinikaya xəstə yerləşdirmişəm. Əvəz mənə müraciət etdi. Mən də Pərviz həkimdən yaxın bir adamın vəziyyətinin ağır olduğunu deyərək ondan xahiş etdim. Pərviz həkim xəstənin klinikaya yerləşdirilməsinə icazə verdi. Mənim buna görə kimdənsə pul almağımdan həkimin xəbəri olmayıb. Sadəcə bu vəziyyətən istifadə etmişəm. Sonra da başqaları üçün həkimə müraciətim olub.

Hətta atam xəstəxanadan çıxandan sonra rayondan bir quzu kəsdirib gətirmişdim. Həkimə verdim, amma götürmədi".

Prokurorun suallarını cavablandıran Samir Mirzəyev istintaqda təzyiqlə üzləşdiyi üçün Pəviz Abbasovun əleyhinə ifadə verdiyini vurğulayıb. O, Pərviz Ababsovdan xəstələrin klinikaya yerləşdirilməsi üçün heç bir göstəriş almadığını, ona pul vermədiyini söyləyib.

S.Mirzəyev özünü qismən təqsirli bilib.

Təqsirləndirlən Əvəz Hüseynov da özünü ittihamlarda qismən təqsirli bilib: "Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışmışam. Atam həmin klinikada koronavirus infeksiyasına görə müalicə alıb. Buna görə heç bir ödəniş etməmişəm. Bildilər ki, atamı həmin klinikada müalicə etdirmişəm, məlumat yayıldı ki, guya mən Pərviz həkimlə dostam. Hansı ki klinikaya xəstə yerləşdirmək üçün heç vaxt Pərviz həkimlə danışmamışam. Klinikaya xəstələri Samir Mirzəyev vasitəsilə yerləşdirmişəm.

Bir gün mənə Nailə adlı bir xanım zəng elədi dedi ki, bir xəstəni klinikaya yerləşdirmək lazımdır. Mən buna etiraz etdim. Hətta xanıma dedim ki, bir də mənə zəng etsəniz, sizə kobud cavab verəcəm. Bir müddət sonra adının Vüsalə olduğunu bildiyim bu xanım zəng elədi. Vüsalə xanım mənimlə mülayim danışdı, xəstənin təcili klinikaya yerləşdirilməli olduğunu dedi. Mən də insanlıq naminə razılaşdım".

Prosesdə bildirilib ki, Ə.Hüseynovun ifadəsində müəyyən ziddiyyətlər olub. O, əvvəlcə xəstələri klinikaya pulsuz yerləşdirdiyiniz desə də, sonradan buna görə xəstə sahiblərindən pul aldığını bildirib.

O qeyd edib ki, Vüsalə Əliyeva xəstələrin şəxsiyyət vəsiqəsini ona göndərsə də, pul ödənilmədiyi halda xəstəni klinikaya yerləşdirməyiblər.

Təqsirləndirilən şəxs bildirib ki, xəstələrdən aldığı pulu geri qaytarmağa hazırdır: "Xəstələrin yaxınlarından 2000-2500 manat tələb edirdim. Həmin pulun 1000 manatını özümə götürürdüm. Vüsalə Əliyevanın xəstələrdən konkret olaraq nə qədər almasından xəbərim yoxdu".

Prokurorun suallarını cavablandıran Əvəz Hüseynov Pərviz Abbasovla görüşmədiyini, ona xəstələrin klinikaya yerləşdirilməsi üçün pul vermədiyini deyib.
Proses sentyabrın 7-də davam etdiriləcək.

İttihama görə, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva "Avrasiya" klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Miriyev isə işsiz olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1094   Tarix: 06 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Sizdə insult ola bilər? - SADƏ TEST

Bu testi Kioto Universitetində işləyən yaponiya alimləri təklif ediblər. Bu testin nəticələri insanda beyin qan dövranının pozulmasını aşkar etməyə imkan verir.. . 1 ayaq üzərində dayanın, o biri ayağınızı bir qədər qaldırın. Bu vəziyyətdə 1 dəqiqə ərzində dayanmalısınız.. . Əgər siz bu testdən uğurl

6 sentyabr

"Koronavirus xəstəsi olan anamı öldürdülər, baş həkim məni qovdu" - Xəstəxanadan ŞİKAYƏT

Daha bir xəstəxanada xəstələrə baxılmaması ilə bağlı narazılıq var. Bu dəfə şikayət tibb işçilərinin biganəliyindən və bunun xəstələrin ölümünə səbəb olmasındandır.. . Belə ki, Şəkərova Gülnar adlı vətəndaşın Sonxeber.az-a bildirdiyi şikayətində deyilir:. . "Mənim anam Talıbova Gülnarə koronavirus

6 sentyabr

"Uşaqlar oynayırdı, oğlan gözünü yumanda qızı aldadıb uzağa apardım"

Yevlaxda "gizlən-qaç" oynayan uşağın qızıl sepini qırıb boynundan qopararaq satan kişiyə hökm oxunub.. . Sonxeber.az xəbər verir ki, hadisə bu il mayın 30-da saat 17.00 radələrində Yevlax Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda baş verib.. . Belə ki, Həsən Vahidov azyaşlını aldadara

6 sentyabr

Füzuli Beynəlxalq Hava Limanı bölgəyə və Azərbaycana nələri vəd edir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Füzuli Beynəlxalq Hava Limanında əlamətdar hadisə baş verib. Belə ki, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan, "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysini həyata keçirərək, işğalda

6 sentyabr

Rasim Quliyev: "Hacıbala Abutalıbovun sərəncamı məndən qabaq olub"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.. . "Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.. . O bildiri

6 sentyabr

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. . . Bununla bağlı Prezident.az məlumat yayıb

6 sentyabr

Nairə Sadıxova VƏFAT ETDİ

Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.. . Sonxeber.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Nazirliyin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova sentyabrın 4-də

6 sentyabr

Azərbaycanda növbəti həkim səhvi: 8 ay əvvəl... -FOTO -VİDEO

Şirvan sakininin qarnından 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon aşkar edilərək götürülüb.. . Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 65 yaşlı Alim Səməd oğlu Zülfüqarov bu ilin yanvarın 21-də Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsində prostat vəzisindən əməliyya

6 sentyabr

Açıq havada maskanın məcburi olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.. . DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatla

6 sentyabr