Azərbaycanda bu məmurlar bağışlanmayacaq - Həbslər qaçılmaz olacaq

Azərbaycanda bu məmurlar bağışlanmayacaq - Həbslər qaçılmaz olacaq"Azərbaycan Prezidenti rayonlara təyin olunmuş yeni icra başçıları ilə videoformat görüşündə növbəti dəfə icra başçılarının, ümumiyyətlə bütün məmurların həm öz vəzifə borclarına sadiqliyi, rəhbərlik etdikləri sahədə problemlərin aradan qaldırılmasına səriştəli münasibət göstərilməsi, həm də rəhbərlik etdikləri sahədə insanlarla münasibətləri ilə bağlı maraqlı mesajlarını bir daha təkarar etdi.

Sonxeber.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, indiyə qədər həbs olunan və bu gün də həbsdə yatan icra məmurlarının həbsi daha çox korrupsiya ilə, rüşvətlə, dövlət vəsaitinin mənimsənilməsi ilə, himayədarlıq ilə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı olub:

"Dövlət başçısı məmurlara tövsiyə, tapşırıq və tələblər nümayiş etdirməkdə nə qədər ardıcıldırsa, çox təssüf ki, məmurların bu iradlardan və tələblərdən lazımı qədər nəticə çıxardıqlarının hələ şahidi ola bilmirik. Prezidentin tövsiyə və tapşırıqları həqiqətən tam şəkildə həyata keçiriləcəyi və onlara əməl olunacağı təqdirdə onun böyük nəticələri bu başdan şübhə doğurmur. Amma təəssüf ki, heç də həmişə məmurlar, o cümlədən də icra başçıları və icra nümayəndələri Prezidentin tapşırıq və tövsiyyələrinə lazımı məsuliyyətli yanaşmanı nümayiş etdirə bilmirlər. Tamamilə həqiqətdir ki, əgər məmurlar rüşvətxorluq və korrupsiya ilə məşğul olmasaydılar, özlərinin vəzifə səlahiyyətlərini daha çox konkret sahədə nəticələr əldə olunmasına yönəltsəydilər, qohumbazlıq etməsəydilər, inhisarçı biznesə himayəçilik göstərməsəydilər, xüsusilə də tenderlərin keçirilməsində üzgörənlik etməsəydilər doğurdan da bu gün dövlət büdcəsinin təmin olunmasında biz daha yaxşı və böyük nəticələrə çata bilərdik.

Məntiqi olaraq nəticə bundan ibarətdir ki, biz hər il məmur özbaşınalığından, məmur rüşvətxorluğundan və məmur korrupsiyasından, qanunsuz məmur himayəçiliyi üzündən dövlət büdcəsindən milyonlarla vəsait itiririk. Eyni zamanda dövlət başçısı tam haqlı şəkildə qeyd etdi ki, bu gün bölgələrdə insanların rifahı və yaşayışı məmurların fəaliyyətindən və öz vəzifə borclarına nə qədər sədaqətlə yanaşmalarından çox asılıdır. Həqiqətən də əgər hansısa bölgədə insanların yaşayışı aşağı səviyyədədirsə, işsizlik hökm sürürsə, ədalətsizlik varsa, sosial problemlər baş qaldırırsa, bu başqa səbəblərlə yanaşı, daha çox həmin sahədə həmin ərazidə rəhbər vəzifəsini yerinə yetirən icra məmurlarının səhlənkarlığının və yaxud da ki, məqsədyönlü pozucu fəaliyyətinin nəticəsidir. Ona görə də dövlət başçısının etdiyi xəbərdarlıq yerindədir və kimsə ümid edirsə, düşünürsə ki, bu xəbərdarlıqlar da əvvəlkilər kimi bu gün deyilməyinə baxmayaraq onun sabah icrası ilə kimsə məşğul olmayacaq, təbii ki, bu, düzgün yanaşma deyil.

Dövlət başçısının bir iradı da tamamilə haqlıdır ki, icra başçıları xüsusilə də bölgəyə xaricdən investisiyalar cəlb olunmasında öz fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar. Təəssüf ki, Prezidentin bu tələbi və tapşırığı artıq illərdir səslənməyinə baxmayaraq, hələ bundan lazımı nəticə çıxardan bircə nəfər də olsun icra məmuru nümunəsini görmədik. Əlbəttə, burada belə bir nəticəyə gəlib çıxmağımızın müqəssiri məhz icra başçıları və icra məmurlarının özləridir. Çünki kimsə gedib onların əvəzindən rayona, bölgəyə kənardan investisiya cəlb edə bilməz. Onu da deyək ki, icra başçılarının sahibkarlara münasibətində də fəaliyyətində çox narazılıq doğuran məqamlar var. Xüsusilə bəllidir ki, sahibkarların fəaliyyəti üçün lazımı şəraitin yaradılması və yaxud da ki, onların başını əlavə və qanunsuz tələblərlə qarışdırmaq kimi xoşagəlməyən hallara indi də rast gəlinir. Bir sözlə, dövlət başçısının bu xəbərdarlığı növbəti ciddi bir xəbərdarlıqdır. Onun nəticələrinə kimlərinsə əməl edib, etməməsi qanun müstəvisində nəzərdən keçiriləcək. Necə ki, indiyə qədər həbs olunan və bu gün də həbsdə yatan icra məmurlarının həbsi daha çox korrupsiya ilə, rüşvətlə, dövlət vəsaitinin mənimsənilməsi ilə, himayədarlıq ilə, vəzifə səlahiyyətlərindən sui-istifadəylə bağlı olub. Bundan sonra da bu istiqamətdə lazımı qanuni addımların atılacağı istisna deyil. Hər halda, Prezidentin belə sərt və konkret danışması onu nümayiş etdiri ki, Prezident bu sahədə də pozucu və yarıtmaz məmurlara güzəşt etməyəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3395   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel