Məktəblərdə rus sektorları ləğv olunacaq? - AÇIQLAMA

Məktəblərdə rus sektorları ləğv olunacaq? - AÇIQLAMASon günlər əhalinin bir qismi ölkəmizdəki təhsi ocaqlarında rus bölməsinin olmasını istəsə də, az bir qismi bunun əleyhinədir. Hətta bağlanıb-bağlanmaması ilə bağlı sosial şəbəkələrdə də sorğular keçirənlər var.

Mövzuyla əlaqədar Sonxeber.az-a Təhsil Eksperti Kamran Əsədov açıqlama verib.

O, rus sektorunun bağlanmasının mümkün olmadığını qeyd edib:

"Təhsil haqqında Azərbaycan ərazisində ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyaya görə, hər bir kəsin təhsil alma hüququ var və bu heç bir halda məhdudlaşdırıla bilməz. Yenə təhsil haqqında qanuna və Konstitusiyaya görə hər kəs öz ana dilində təhsil ala bilər.

Azərbaycanın hazırda 4435 orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır, o məktəblərin 320-sində 90 min şagird birbaşa rus bölməsində oxuyur. Digər tərəfdən, xarici dil kimi rus dilini keçənlərin sayı 490 min nəfərdir.

Azərbaycan bütün vətəndaşlarına təhsil alma imkanları verir. Sadəcə olaraq, təəssüflər olsun ki, bir çox ailələr özləri rus dilini bilmədikləri halda övladlarını rus bölməsinə yazdırırlar.

Rəqəmlərə müraciət etsək, görərik ki, 2010-cu ildə rus bölməsinə 15 min şagird qəbul olunub. Amma məzun olanda onların sayı 6 minə qədər düşüb. 9 mini 1-ci sinifdən 11-ci sinifə qədər, artıq tədris yuxarı qalxdıqca, rus dilində oxuma, yazma, anlama, dinləmə qabiliyyətinə malik olmadığı üçün imtina edib. Yekun nəticədə, həmin şagirdlər Azərbaycan bölməsinə qayıdanda güclü biliyə malik olmurlar. Ona görə də tövsiyə olunur ki, uşaqların əziyyət çəkməməsi üçün rusdilli ailələr övladlarını rus bölməsinə yazdırsınlar.

Bu gün valideyinlər övladlarını rus bölməsinə qoyurlar ki, onlar bir xarici dili yaxşı bilsinlər. Ali məktəblərə qəbul imtahanlarında rus bölmələrinin abituriyentləri daha aşağı balla yaxşı ixtisaslara qəbul ola bilirlər. Misal üçün, Azərbaycan bölməsinə 550-600 balla qəbul olunduğu ixtisaslara rus bölməsində 200-250 balla keçə bilir.

Rus bölməsi, əlbəttə ki, Azərbaycanda ləğv oluna bilməz.

Artıq 2 ildir ki, rus bölməsinə qəbul uşaqların yoxlanılması ilə həyata keçirilir. Əgər minimum biliyə malikdirlərsə, rus bölməsində təhsil almasına icazə verilir.

Latviya, Litva və Estoniyada, əhalisinin böyük əksəriyyəti ruslar olan Ukraynada rus dili qadağan edilib.

Düzdür, Azərbaycanda rus dilli vətəndaşlar çox olmasa belə, Konstitusiyaya görə, dövlət tolerantdır və hər kəsin təhsil alma hüququnu təmin edir. Sadəcə olaraq biz uşaqların rus bölməsində oxuyub əziyyət çəkməmələri üçün Azərbaycan bölməsində xarici dil kimi rus dilininin keyfiyyətini və dərs saatını artırmağa çalışmalıyıq. Bu halda insanlar rus bölməsinə getmək yerinə, əksinə, rus dilini daha yaxşı öyrənə bilərlər və əziyyət çəkməzlər.

Konstitusiya və təhsil haqqında qanunda deyilir ki, öz ana dilimizdə təhsil verməliyik. Azərbaycan dilində təhsil icbaridir.

İngilis, Fransuz bölməsi üzrə dərslər yoxdur. Kimsə istəyirsə, ödənişli ola bilər. Azərbaycan dövləti öz ana dilində tədrisi öhdəliyinə götürüb. Rus, İngilis, Ərəb-Fars dilində təhsil vermək öhdəliyi yoxdur. Amma xarici dil kimi, müəyyən məktəblərdə sadaladığım dillər tədris olunur, dövlət məktəblərində isə onlar yoxdur.

Azərbaycan hər zaman tolerant olub və ölkəmizdə öz dilində təhsil almaq istəyənlərin təhsil alma hüquqları var".

ZAİRA AKİFQIZI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5324   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bu kartoflardan yeməkdə istifadə etmək olmaz - Alimlərdən məsləhət

Alimlər müəyyən ediblər ki, kartof buxarda bişiriləndə və ya soyutmalananda orqanizm üçün faydalıdır. Lakin bəzən o, sağlamlıq üçün olduqca təhlükəli ola bilər:. . Soyuducuda saxlanılan kartof. . Sonxeber.az oxu.az-a istinadən bildirir ki, soyuducuda saxlanıldıqdan sonra kartofun tərkibindəki nişast

25 oktyabr

Azərbaycanda bu məmurlar bağışlanmayacaq - Həbslər qaçılmaz olacaq

"Azərbaycan Prezidenti rayonlara təyin olunmuş yeni icra başçıları ilə videoformat görüşündə növbəti dəfə icra başçılarının, ümumiyyətlə bütün məmurların həm öz vəzifə borclarına sadiqliyi, rəhbərlik etdikləri sahədə problemlərin aradan qaldırılmasına səriştəli münasibət göstərilməsi, həm də rəhbərli

16 sentyabr

Öncədən yaşanmışlıq - Dejavu sindromu

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu situasiyanı yaşamışıq.. . Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir.. . Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə dah

16 sentyabr

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib.. . Sonxeber.az-ın oxu.az-a istinadən xəbərinə görə, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsind

16 sentyabr

Arvadını öldürən hakimin məhkəməsində şahid: "Özünü öldürmək istəyib"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.. . "Report"un məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Sabunç

16 sentyabr

Verilişdə valideynlərini axtaran kişi, 19 qardaşının olduğunu öyrəndi

Almaniyada yaşayan 4 uşaq atası 35 yaşlı Aleksandr adlı şəxs 33 il əvvəl onu tərk edən valideynlərinin axtarışı üçün Türkiyəyə gəlib.. . Sonxeber.az xəbər verir ki, Aleksandr Müge Anlının verilişinə müraciət edərək, valideynlərini tapmasında köməklik istəyib. Çox keçməyib ki, Aleksandrın istəyi gərçəkləşib

16 sentyabr

Pakistan səfiri: "Azərbaycan Kəşmir xalqının istəyini anlayır"

"Beynəlxalq ictimaiyyət yeni bir soyqırımın yaşanmasına icazə verməməlidir".. . Sonxeber.az-ın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirdəki vəziyyətlə bağlı keçirilən brifinqdə deyib.. . Diplomat bildirib ki, soyqırımıları bəşər tarixinin qara ləkəsidir.. . "Bu

16 sentyabr

Xalq artistinin küçələrdə yaşayan oğlu ilə bağlı dövlət qurumundan AÇIQLAMA - YENİLƏNİB

Xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslan yenidən Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.. . Bu barədə Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyini

16 sentyabr

Nazirlikdən kinoteatrların fəaliyyətinin bərpası ilə bağlı daha bir AÇIQLAMA

Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı məlumat yayıb.. . Sonxeber.az xəbər verir ki, məlumatda deyilir:. . "İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib.

16 sentyabr