Generalın şantajla rüşvət aldığı şəxslərin SİYAHISI

Generalın şantajla rüşvət aldığı şəxslərin SİYAHISILəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şixəliyev, Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkmiş şəxslərin adları məlum olub.

Sonxeber.az Report-a istinadən xəbər verir ki, cinayət işində 32 zərərçəkmiş - Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı var.

İttihama görə, təqsirləndirilənlər bu şəxslərdən hədə-qorxu ilə pul tələb edib və rüşvət alıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Məhkəmə iclasına hakim Aslan Kalbalıyev sədrlik edəcək.

Qeyd edək ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1395   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bu kartoflardan yeməkdə istifadə etmək olmaz - Alimlərdən məsləhət

Alimlər müəyyən ediblər ki, kartof buxarda bişiriləndə və ya soyutmalananda orqanizm üçün faydalıdır. Lakin bəzən o, sağlamlıq üçün olduqca təhlükəli ola bilər:. . Soyuducuda saxlanılan kartof. . Sonxeber.az oxu.az-a istinadən bildirir ki, soyuducuda saxlanıldıqdan sonra kartofun tərkibindəki nişast

25 oktyabr

Məktəblərdə rus sektorları ləğv olunacaq? - AÇIQLAMA

Son günlər əhalinin bir qismi ölkəmizdəki təhsi ocaqlarında rus bölməsinin olmasını istəsə də, az bir qismi bunun əleyhinədir. Hətta bağlanıb-bağlanmaması ilə bağlı sosial şəbəkələrdə də sorğular keçirənlər var.. . Mövzuyla əlaqədar Sonxeber.az-a Təhsil Eksperti Kamran Əsədov açıqlama verib.. . O, ru

17 sentyabr

Metroda YENİLİK

Bakı metropoliteni metro stansiyalarında havalandırılma sistemlərinin yenilənməsi ilə bağlı müasir ventilyasiya sistemləri alacaq.. . Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

17 sentyabr

Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik" - FOTO

Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.. . Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz "Twitter" hesabında yazıb.. . "Önümüzdəki günlərdə irqi ayrı-seçkiliyi

16 sentyabr

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı – VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.. . Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO Aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.. . İlk uçuşu sentyabrın 16-da həyata keçirilən b

16 sentyabr

Azərbaycanda bu məmurlar bağışlanmayacaq - Həbslər qaçılmaz olacaq

"Azərbaycan Prezidenti rayonlara təyin olunmuş yeni icra başçıları ilə videoformat görüşündə növbəti dəfə icra başçılarının, ümumiyyətlə bütün məmurların həm öz vəzifə borclarına sadiqliyi, rəhbərlik etdikləri sahədə problemlərin aradan qaldırılmasına səriştəli münasibət göstərilməsi, həm də rəhbərli

16 sentyabr

Öncədən yaşanmışlıq - Dejavu sindromu

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu situasiyanı yaşamışıq.. . Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir.. . Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə dah

16 sentyabr

Bu müəllimlərə məhdudiyyət tətbiq olunacaq

Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.. . O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa

16 sentyabr

Siyavuş Novruzov sosial şəbəkələrdə yayılan açıqlamaya aydınlıq gətirdi

Sosial şəbəkələrdə Milli Məclisin deputatı YAP-çı Siyavuş Novruzovun çörəyin qiymətinin bahalaşması ilə bağlı dediyi fikirlər müzakirəyə səbəb olub. İddia edilir ki, deputat çörəyin insana lazım olmadığını, kökəltdiyini və onları əxlaqsız etdiyi barədə fikirlər səsləndirib. . . "Qafqazinfo"

16 sentyabr