Bu rayonda içməli suya kanalizasiya xəttindən sızma var? - "Azərsu"dan ŞİKAYƏT - YENİLƏNİB

Bu rayonda içməli suya kanalizasiya xəttindən sızma var? - "Azərsu"dan ŞİKAYƏT - YENİLƏNİBXəbər verdiyimiz kimi, saytımıza Şirvan şəhərindən içməli su ilə bağlı şikayət daxil olub.

Sonxeber.az olaraq məsələ ilə bağlı "Azersu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Anar bəyin istəyi ilə onu şikayətçiyə yönləndirdik. Daha sonra isə o, Şirvan Su Kanal İdarəsinin rəhbərinin həmin vətəndaşla əlaqə saxladığını bildirdi:

"Saqiyev Baladadaş adlı şikayətçi çoxmənzilli yaşayış binasında yaşayır. O binadan isə suyun keyfiyyəti ilə, suya digər suların qarışması ilə bağlı heç bir şikayət daxil olmayıb. Vətəndaşla əlaqə saxlanılıb, o isə işdə olduğunu bildirib. İşdən qayıtdıqdan sonra onunla görüşüləcək, su nümunəsi götürüləcək və vətəndaşa izah olunacaq. Bu gün Şirvan şəhərinə verilən su Kür Sutəmizləyici Qurğularındandır. Onun da bir hissəsi Bakıya gətirilir. Həmin suyun keyfiyyəti ilə bağlı isə heç bir şübhə yaranmayıb.

O cümlədən, Şirvan şəhərində yerləşən həmin binada da suyun keyfiyyəti ilə, kənar suların qarışması ilə bağlı heç bir şikayət, heç bir fakt yoxdur".

***

Şirvan şəhər sakini kanalizasiya xəttindən içməli suya sızma olduğundan şübhələnir.

Sonxeber.az-ın məlumatına görə, 1 aydan çoxdur ki, Şirvan şəhərinin leytenant İbrahimov küçəsinə verilən içməli suyun həm görüşünü, həm dadı çox üfunətlidir.

Saqiyev Baladadaş adlı şikayətçi bildirir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, sudan gəlib nümunə götürmürlər:

"1 aydan çoxdur ki, rəsmi olaraq müraciət edirəm. Bildiyim qədəri ilə, kanalizasiya xəttində sızma olub və bunun nəticəsində içməli su çox üfunətli haldadır. Hər dəfə "Azərsu" çağrı mərkəzindən sudan nümunə götürülməsi ilə bağlı vədlər verilsə də, məsələ hələ də aktuallığını saxlayır!

Pandemiyanın bürüdüyü ölkəmizdə bu cür hallar açıq infeksiya mənbəyidir!

Bir vətəndaş olaraq, "Azərsu" ASC fəaliyyətini 0 (sıfır) olaraq qiymətləndirirəm!"

Aysel Səfərzadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3788   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021