"Torpaqları tezliklə işğaldan azad etməliyik" -NAZİR

"Torpaqları tezliklə işğaldan azad etməliyik" -NAZİRMüdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini Qurban bayramı münasibəti ilə təbrik edib.

Sonxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənovun təbrikində deyilir:

"Milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir. Bu dəyərləri həmişə yüksək tutan ümummilli liderimiz Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasının da qayğısına qalıb. Məhz onun hakimiyyəti dövründə ölkəmizdə sağlam dinlərarası münasibətlər qurulub. Bu gün Azərbaycanda vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir. Həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Qurban bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.

Dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınan ölkəmiz möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib.

Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi olub. Torpaqlarımızın bir qismi işğaldan azad edilib. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1529   Tarix: 10 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel