Əri müğənnini oteldə öldürməyindən danışdı

Əri müğənnini oteldə öldürməyindən danışdıÖtən il sentyabrın 2-də Bakıda yerləşən moteldə əri tərəfindən öldürülən Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum olub.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakıda yerləşən "Salt" moteldə baş verib. 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ş. Şamilovanı bıçaqla qətlə yetirib.

Məhkəmədə dindirilən M.Şamilov Ş.Şamilovadan boşanmaq istəmədiyini, hadisəni qısqanclıq zəminində törətdiyini deyib:

"Şəhanə boşanmaq üçün məhkəməyə müraciət etmişdi, mən isə barışmaq istəyirdim. O, iki aydır anası ilə Xırdalanda yaşayır, obyektlərdə müğənnilik edirdi. İşlədiyi obyekti tapıb barışmaq üçün yanına getdim. Bir az söhbət etdik, boşanmaq istəmədiyimi desəm də, razılaşmadı. Səhəri gün Şəhanəni Şıxov qəsəbəsindəki "1001 gecə" restoranına apardım. İnzibatçı ilə danışıb ondan arvadımı müğənni kimi işə götürməsini xahiş etdim. O da xahişimi nəzərə alaraq təklif etdiyim şərtlə razılaşdı. Sonra Şəhanəyə yemək yeməyi təklif etdim, birlikdə "Salt" motelinə getdik".

M.Şamilov bildirib ki, motel otağında spirtli içki qəbul ediblər:

"O, sərxoş vəziyyətdə intim söhbətlər, mənim qəbul edə bilməyəcəyim təkliflər edirdi. Şəhanənin bu sözlərinə əsəbiləşib "gic-gic danışma" deyib yataqdan qalxdım və əynimizi geyindik. Yenə də aramızda olan keçmiş mübahisələrdən danışmağa başladıq. Danışıq zamanı Şəhanəyə barışmağı təklif etdim. Lakin Şəhanə barışacağımız təqdirdə onun heç bir işinə qarışmayacağımı, toy məclislərində olarkən restoranda gözləməyəcəyimi, heç kimə qısqanmayacağımı, istədiyi yerə getməsinə qarışmayacağımı və sair, bu kimi şərtlər irəli sürdü. Mən də ona bu şərtlərlə razılaşmayacağımı dedikdə aramızda mübahisə yarandı".
Əri müğənnini oteldə öldürməyindən danışdıM.Şamilovun ifadəsinə görə, qadın uşaqlarını ondan alacağını, kiçik qızının atasının başqa kişi olduğunu deyib:

"Mən də hirslənib maşının baqajından özümlə gətirdiyim bıçağı götürdüm. Ona 7-8 zərbə vurdum. Sonra da 102-yə zəng edib məlumat verdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Şamilova 18 illik həbs cəzası verilib. Qərardan narazı qalan mərhumun anası Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək kürəkəninə ömürlük həbs cəzası verilməsini tələb edib. Məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5443   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Azərbaycan mediası Vətən savaşı sınağından üzüağ çıxdı" - Natiq Məmmədli ilə MÜSAHİBƏ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Sonxeberi.az-ın qonağı olub. . . Müsahibə zamanı o, ölkəmizin media qurumlarının, jurnalistlərimizin 44 günlük Vətən müharibəsi dövründə fəaliyyəti və medianın gündəmində ola

27 sentyabr

Bakının bəzi ərazilərində su yoxdur

Bakının Nəsimi rayonunda içməli suyun verilişi dayandırılıb. . . Bununla bağlı Oxu.Az-a rayonun Cavadxan küçəsi 29 ünvanında yaşayan sakinlər məlumat verib. . . Onlar bildiriblər ki, bir neçə saatdır su yoxdur.. . Məsələ ilə bağlı "Azərsu" ASC-dən Oxu.Az-a verilən məlumata görə, ərazidə qəz

25 sentyabr

Kinoteatrların açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək".. . Sonxeber.az "report"a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.. . "Amma burad

25 sentyabr

Sükan arxasından enib sürücüyə başı ilə zərbələr endirdi - VİDEO

İstanbulun Ataşehir rayonunda yük avtomobilini idarə edən şəxslə motosiklet sürücüsü arasında mübahisə yaranıb.. . Mübahisənin davamında yük avtomobilinin sürücüsü sükan arxasından enərək başı ilə motosikleti idarə edən şəxsə zərbələr endirib.. . Hadisə orada olan avtomobillərdən birinin avtomobilindək

25 sentyabr

Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.. . Güclü şimal-qərb küləyi gündüz şimal-şər

25 sentyabr

Şeyxin qudası "at oynadır" - VİDEO

Vətəndaş Seymur Quliyev eks-deputat Qalib Salahzadədən şikayətçidir.. . Şikayəti isə Bilgəhdə dəniz sahilindəki ona məxsus torpaq sahəsinin eks-deputat tərəfindən zəbt olunmasıdır. Deyir ki, tikdirdiyi 2 ev tamamilə darmadağın edilib və yeri avtodayanacaq kimi istifadə olunur. . . Seymur Quliyev bildiri

25 sentyabr

Rayon xəstəxanasında həkim tapılmır? - VİDEO

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında (RMX) tibb işçiləri tapılmır.. . Sonxeber.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Vətəndaş iddia edir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gəlib müraciət etməyə bir nəfər tapılmır. Otaqlarda nə həkim var

25 sentyabr

Aparıcı Xədicədən ÜZÜCÜ XƏBƏR

Aparıcı Xədicə Sənanqızının idman etmək arzusu ürəyində qalıb.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda aparıcısı olduğu "Gün başladı" verilişində danışıb. Xədicə bildirib ki, səhhətində yaranan problemə görə idman qadağan edilib:. . "Hər dəfə idmana başlamaq istəyirəm

25 sentyabr

Şəhid jurnalistlər "TÜRKSOY Media Mükafatı"na layiq görüldü

Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə "TÜRKSOY Medi

25 sentyabr