ƏDV-nin qaytarılması ilə bağlı yenilik olacaq - Gələn il yanvarın 1-dən.. - VİDEO

ƏDV-nin qaytarılması ilə bağlı yenilik olacaq - Gələn il yanvarın 1-dən.. - VİDEOHazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir.

Ölkəmizdə ən uğurlu layihə olan "ƏDV geri al" üzrə ƏDV-nin müəyyən faizinin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə geri qaytarılan ƏDV faizlərinə xidmətlərin çeşidləri üzrə fərqli yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, nağdsız və nağd qaydada ödənişlər üzrə faiz dərəcələri aşağıdakı kimi təklif olunur:

nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi (hal-hazırda 15 faizi);

nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi (hal-hazırda 10 faizi).

Göründüyü kimi, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə nağdsız ödənişin stimullaşdırılması nəzərdə tutulur, bu zaman ödənilən ƏDV-üzrə qaytarılma faizi artırılır, əvəzində nağd ödənilmiş ƏDV-nin faizi aşağı endirilir.

Bundan əlavə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin qaytarılması da nəzərdə tutulur.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 165.5-cı maddəsi aşağıdakı redaksiyada təklif edilir:

165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Moderator.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1556   Tarix: 29 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

DİGƏR MARAQLI XƏBƏRLƏR

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib. Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov

27 iyul 2022

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxıldı - FOTO

10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənib. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib. Mərkəzi Bank yenilənmiş 10 və 50 qəpikli

27 iyul 2022

DSMF-nin gəlirləri ARTDI

Bu ilin altı ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım baş verib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, sistemli sosial-iqtisadi islahatları

26 iyul 2022

Azərbaycanda ÜDM artımı 3,5% təşkil edəcək - S&P

S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2022-ci ildə artım proqnozunu daha əvvəl gözlənilən 2,7%-dən 3,5%-ə qədər yaxşılaşdırıb. Bu barədə agentliyin press-relizində deyilib. Məlumata əsasən, Azərbaycanın 2023-2025-ci illər üçün ÜDM artımı proqnozları yanva

24 iyul 2022

İstanbul razılaşması: Türkiyə ucuz taxıl alacaq

Türkiyə Rusiya və Ukraynadan dünya qiymətlərindən daha ucuz taxıl ala biləcək. Bu barədə Türkiyə Böyük Millət Məclisinin Kənd təsərrüfatı komissiyasının rəhbəri Yunus Kılıç məlumat verib. Onun sözlərinə görə, müqavilənin imzalanması zamanı hər iki tərəf taxılın qiyməti və onun alınması baxımından Türkiyəni

24 iyul 2022

Neft yataqlarının köhnəlməsi, tükənməsi nə ilə nəticələnə bilər?

Azərbaycanda neft hasilatının 2010-cu ilin üçüncü rübündən başlayaraq azalması məlumdur. Neft hasilatında zirvə məhz həmin ildə qeydə alınmışdı. 12 ildir ki, hasilat azalan xətlə gedir. Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun ayları Azərbaycanda 16,5 milyon ton neft (kondensatl

24 iyul 2022

Vahid Ələkbərov alma biznesinə başladı

"Lukoyl"un səhmdarları Vahid Ələkbərov və Leonid Fedunun nəzarətində olan və Voronej vilayətində təxminən 500 hektar alma bağını idarə edən "Sokolin bağları" şirkəti alma şirəsi istehsalına başlamaq barədə düşünür. Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 11-də əsas fəaliyyət

24 iyul 2022

Növbəti həftə daha 5 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon"u qurulacaq

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir. xəbər verir ki, növbəti həftə (25-29.07.2022 tarixləri) saat 11:00-da daha 5 rayonda vətəndaşlarla "Açıq mikrofon" aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz şəhərində (Bakı prospekti

24 iyul 2022

160 min pensiya, müavinət və təqaüd təyinatı bu qaydada APARILDI

Bu ilin yanvar-iyun aylarında 160 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb

23 iyul 2022