"44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəmanlarımızın həyat yolu vətənpərvərlik məktəbidir" - DEPUTAT

"44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəmanlarımızın həyat yolu vətənpərvərlik məktəbidir" - DEPUTAT"44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəmanlarımızın həyat yolu həyat yolu vətənpərvərlik məktəbidir".

Bu sözləri Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, sentyabrın 27-si cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi qeyd edilir:

"Cənab prezidentin bu sərəncamı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 2020-ci il sentyabr ayının 27-də təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni terroruna qarşı Zəfər yürüşünə başladı. 27 sentyabr 30 ildən artıq müddət ərzində dünya ictimaiyyətinin göz yumduğu işğala öz gücümüzlə son qoyduğumuz gündür. Ermənistan həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsində çox sayda hərbi cinayətlər törədib. Ermənilər hər zaman döyüş meydanından qaçan qorxaq millət olub. onlar həmişə "güc şousu"nu əliyalın, sivil vətəndaşlar üzərində göstəriblər. 44 günlük Vətən müharibəsində də belə oldu. Döyüş meydanından qaçan barbar ermənilər yaşayış məskənlərimizi atəşə tutaraq müxtəlif terror aktları törətdilər. Təəssüf ki, 2 il keçsə də, hələ də Gəncə, Bərdə və digər rayonlarda törədilən terrorlara görə səbəbkarlar cəzasız qalıb".

Deputat vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qələbəsi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 30 il ərzində çalışdıq ki, 20% ərazimizi işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlayaq. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə çalışır. Əlbəttə, bu, qəbuledilməz idi. Biz heç bir zaman işğalla barışa bilməzdik. Barışmadıq da. Tovuz döyüşləri Azərbaycan xalqının səbrini daşırdığı son damla oldu.

Bilirsiniz ki, sentyabrın 26-dan başlayaraq Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdular. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu. Əlbəttə, Azərbaycanın Müzəffər Ordusu onların qanını yerdə qoymadı. Bir gün sonra, yəni sentyabrın 27-də, səhər saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi. Ali Baş Komandanın tarixi çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarımızı və dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi.

90-cı illərin əvvəllərində ayaqyalın öz dədə-baba torpaqlarını tərk edən uşaqlar tank belində doğma yurdlarına geri qayıdaraq, qanları ilə tarix yazdılar. 27 sentyabr tək ərazi bütövlüyümüzün deyil, həm də milli qürurumuzun bərpa olunduğu gündür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər. Qanları və canları ilə tarix yazan qəhrəmanlarımız heç bir zaman unudulmayacaq. Çünki onların İkinci Qarabağ müharibəsində və 24 saatlıq lokal antiterror tədbirlərində göstərdiyi qəhrəmanlıq sayəsində biz artıq ərazi bütövlüyümüzü və ölkə suverenliyimizi tam bərpa edərək, Azərbaycan xalqının gücünü nəyinki düşmənə, bütün dünyaya sübut etdik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 928   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən həbs olunub. Bizim.media xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib

27 sentyabr
.

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb

27 sentyabr
.

"27 sentyabr, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gündür" - DEPUTAT

"27 sentyabr, Azərbaycan üçün xüsusi bir tarixdir. Bu gün, 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsi ilə əlaqələndirilir". Bunu -a danışan deputat Şahin Seyidzadə bildirib. Deputat qeyd edib ki, bu müharibə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Dağlıq Qarabağ bölgəsindək

27 sentyabr
.

Yayılan infeksiyalar uşaqların səhhətinə və təhsilinə necə TƏSİR EDİR? - VİDEO

Son vaxtlar məktəblərdə şagirdlər arasında səpgili infeksiya müşahidə olunur. Bu vəziyyət şagirdlərin səhhəti ilə yanaşı, məktəbdəki davamiyyətləri üçün problem yaradır. xəbər verir ki, İTV-nin əməkdaşları sakinlər arasında sorğu keçirib. Paytaxt sakinləri mövcud vəziyyətdən narahatdırlar. Həkimlər bildirirlə

27 sentyabr
.

Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"

"Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta tamamilə əldə edilə biləndir". "Sputnik"ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, buna bir neçə amil təsi

27 sentyabr
.

"Hər bir döyüşçü özündən əvvəl döyüş yoldaşını düşünürdü" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI

Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində minlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində vətənimiz düşmən tapdağındam azad edildi. Amma təəssüf ki, bu yolda itkilərimiz d

27 sentyabr
.

"Bahadırın bankı"nda qanunsuz pul köçürmələri edirdilər" - Milyonçu qardaşlar hakim qarşısında

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi ən böyük əməliyyatlardan biri ilə həbs edilən dəstə üzvlərinin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu iş üzrə altı nəfər müttəhi

27 sentyabr
.

Aparıcının 2 yaşlı qızı ÖLDÜ: Bağça rəhbərliyini hansı CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib. H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb. Hadisə Səbail rayon

27 sentyabr
.

Səfərbərlik Xidmətinin keçmiş rəisi pensiyasından narazıdır - 32 min manat tələb edir

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-mayor Səxavət Salmanov təqaüdü ilə bağlı məhkəməyə şikayət edib. -ın əldə etdiyi məlumata görə, 2019-cu ildən təqaüdə çıxan general aldığı müavinətin az olduğunu qeyd edir. Sabiq rəis 2019-c

27 sentyabr