Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsiniz

Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsinizSilah insanların və ölkələrin başqa insana və ya ölkəyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.Bu alətin əsas məqsədi kiməsə və ya nəyəsə zərər vurmaq tutulur. İnsanlar bəzən soyuq silahı üzərində belə daşıya bilir. Bəs hansı hallarda soyuq silah müsadirə oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Ramil Süleymanov açıqlama verib.

O bildirib ki,məişətdə işlədilən bəzi alətlər isə cinayət törədildikdən sonra soyuq silah hesab olunur.
Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsiniz"Təyinatı başqa olan əşyalarla insanlar cinayət törədirsə,bu soyuq silahla həyata keçirilən əməl hesab olunur. Bunun da məsuliyyəti var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə nəzərdə tutulub.
Həmin maddəni daha ətraflı aşağıda qeyd edirik:

228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—

iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.2. Eyni əməllər:

228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

228.2.2. təkrar törədildikdə

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla

üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir".
AYSEL ƏKBƏR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3484   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

DİGƏR MARAQLI XƏBƏRLƏR

Qızabənzər oğlanlar niyə artır? - "Çanaq genişlənir, süd vəziləri böyüyür, köklüyə meyillilik artır"

Son zamanlar bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir. Müəyyən qisim uşaqlıqdan cinsi şəxsiyyət pozğunluğu ilə üz-üzə qalır. Valideynlərin bəziləri uşağını cinsiyyət ayrı-seçkisi güdmədən böyüdür, əksəriyyəti isə bu yöndə sərbəstliyini məhdudlaşdırmağ

28 noyabr 2022

AZƏRTAC-a təyin edilən yeni sədr kimdir? - DOSYE

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib. Vüqar Əliheydər oğlu Əliyevin dosyesini təqdim edir:. Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub. O

28 noyabr 2022

"Heydər Əliyev – 100" yubiley medalı təsis ediləcək

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Axşam.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlə

28 noyabr 2022

AZƏRTAC-a yeni sədr təyin edildi

Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib

28 noyabr 2022

Sabah intensiv yağış yağacaq

Azərbaycan ərazisində noyabrın 29-na gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanı

28 noyabr 2022

"Uşaqlar valideynin göstərdiyi fəaliyyətlərə maraq göstərirlər" - Psixoloq

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. "Valideyn öz şəxsiyyəti üzərində ciddi addımlar atmalıdır, daha sonra uşağa model olmalıdır. Çünki uşaqlar valideynin göstərdiyi fəaliyyətlərə maraq göstərirlər". Bu sözləri psixoloq Aidə Nəbiyeva -a uşaqların mənəvi və fiziki inkişaf

28 noyabr 2022

Metroda biabırçı mənzərə - Hamı bu görüntüdən danışır - VİDEO

Müxtəlif zamanlarda qurumlar vətəndaşları ictimai nəqliyyatdan istifadəyə səsləyirlər. Bununla şəhərdə tıxac probleminin həll olunacağı ehtimal olunur. -in məlumatına görə, ortada acınacaqlı bir vəziyyət var ki, ictimai nəqliyyatdan istifadə etmək müəyyən saatlarda mümkünsüz olur. Bunun bariz nümunəsin

28 noyabr 2022

Hava şəraiti kəskin dəyişəcək - FHN əhaliyə MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi (FHN) kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. FHN-dən -a daxil olan müraciətdə deyilir:. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyu

28 noyabr 2022

Azərbaycanda həftəsonu qəzalarda ölənlərin sayı AÇIQLANDI

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb

28 noyabr 2022

vipemlak.az