Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş... - FOTO

Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş... - FOTONoyabrın 26-da saat 17 radələrində Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törədən 2002-ci il təvəllüdlü Ruslan Səfixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində çalışır. O, mülki işçi kimi həmin cəmiyyətdə fəaliyyət göstərir.

Bildirilir ki, hadisədən əvvəl T.Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa çatdırıb. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. Bir qədər keçdikdən sonra isə belinə bıçaq qoymuş Ruslan Turanın oturduğu yerə yaxınlaşıb və ona zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan T.Rüstəmov vəfat edib. O, ötən gün Yevlax rayonunda dəfn edilib.

Fotoda: Ruslan Səfixanov

Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş... - FOTOQeyd edək ki, hadisə "Arifoğlu" cüdo klubunun təşkil etdiyi yarış zamanı baş verib.

Baş verən qətl sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Qeyd edilib ki, bu hadisə bir neçə dəqiqənin içində yaranmış mübahisənin nəticəsinə oxşamır. Müzakirələrə qoşulan hüquqşünaslar bildiriblər ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxsin maddəsinin 120.2.2-ciyə (xuliqanlıq niyyətilə adam öldürmə) dəyişdirilməsi istisna edilmir. Belə ki, hadisədə ağırlaşdırıcı hallar var. Bu maddə üzrə təqsirləndirilən şəxsi 14 ildən 20 ilədək həbs cəzası gözləyir.

Fotoda: Turan Rüstəmov

Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş... - FOTOTuran qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş... - FOTOTuran qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş... - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5617   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart