Yeni Füzuli şəhəri necə olacaq? - Əvvəlkindən daha böyük, yaşıllıq... - FOTO
"Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Hazırda ərazidə intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq".
Bunu millət vəkili Vüqar Bayramov öz "Facebook" hesabında yazıb.
O bildirib ki, bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir:
"Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.
Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.
Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək".



Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan manatının dövretmə sürəti cüzi azalıb
Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır. Xatırlada
19 martAzərbaycanda geniş pul kütləsi 21 %-dən çox artıb
Bu il fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 42 milyard 014,8 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,9 % az, illik müqayisədə isə 21,3 % artıb. Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin yanavarın sonuna 28 milyard 914,8 milyon manat təşkil edib. Bu, ötən ilin dekabrı
19 martBakıda evlər niyə bahalaşır - SƏBƏB
Son günlər Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir. Bəzi reiltorlar bahalaşmanı baharın gəlişi, digərləri isə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqələndirir. Bəs qiymət artımının gerçək səbəbi nədir?. Bu barədə -a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətini
18 martBritaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək
Böyük Britaniya Qazaxıstana Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Mərkəzi Asiya ölkəsinə səfəri zamanı bildirib. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşə
18 martAzərbaycanda bu şəxslər bayrama görə pul mükafatı alacaqlar
Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlara pul verilməsilə bağlı qərar verilib. Sumqayıt Dövlət Universiteti və Bakı Dövlət Universiteti bütün əməkdaşlarına bayramla əlaqədar 200 manat məbləğində mükafat verib. Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektor
18 martAzərbaycanda taksi qiymətləri çox ucuzdur? - Ekspert RƏYİ
Hazırda bir çoxlarımız müxtəlif taksi xidmətlərindən istifadə edirik. Bizi ən çox maraqlandıran məqam isə qiymətdir. Ancaq diqqət yetirməli olduğumuz başqa nüanslar da var. Son vaxtlar paytaxt sakinlərinin taksi xidmətləri ilə bağlı şikayətləri artıb. Xüsusilə sürücülərin sərnişinlərə davranışı, müəyyənləşdirilə
11 mart"Azəriqaz" daha 1 şəhər və 3 rayonda "Açıq mikrofon" aksiyası keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi növbəti həftə daha 1 şəhər və 3 rayonda "Açıq mikrofon" aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 11:00-dan 12:00-dək Leri
11 martƏtin bahalaşmasının səbəbi bilindi - VİDEO
Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil. İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir. Onun sözlərinə görə, artı
8 mart