Manat üçün SON GÜN! Bir neçə saat sonra...

Manat üçün SON GÜN! Bir neçə saat sonra...Rəşad Həsənov: "0.25 faiz səviyyəsində uçot dərəcəsinin artımı baş verəcək"

FED pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin növbəti iclası dekabrın 13-14-də keçiriləcək. Bir sıra analitiklər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) dekabr toplantısında faiz dərəcələrini artırmaq üçün məqbul bir zaman olduğunu açıqlayıb. FES-in dekabrda faiz artımına gedəcəyini qurumun sədrləri də təsdiqləyir. Qurum rəsmilərinin ehtimallarına görə, prezident seçkisini Respublikaçı Donald Trampın qazanması dekabrda faiz artımı ehtimalını azaltmayıb.

Göründüyü kimi dekabr ayında yeni faiz artımı ehtimalı güclüdür. Bundan əlavə ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın vergiləri aşağı salmağı haqda bəyanatla çıxış etmişdi. Ekspertlər hesab edir ki, əgər bu təşəbbüs həyata keçirilsə, FES faiz artımını daha sürətli həyata keçirəcək.

Ekspertlərin qənaətincə, FES uçot dərəcəsini artıracağı təqdirdə neftin qiymətində bahalaşma qaçılmazdır. Maraqlıdır, bu halda Azərbaycanın milli valyutasının aqibəti necə olacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət" qəzetinə bildirib ki, FES-in uçot dərəcəsini artıracağına dair proqnozlar əvvəlcədən planlaşdırılmış bir məsələdir: "Çünki hələ 2016-cı ilin əvvəlində FES məzənnə siyasətinin nisbətən sərtləşdirəcəyinə dair informasiyaları ictimailəşdirmişdi. İl ərzində FES-in toplantısında bununla bağlı mütəmadi müzakirələr aparıldı. İlin son toplantısı olduğu üçün dekabr ayında uçot dərəcəsinin artırılma ehtimalı çox yüksəkdir. ABŞ-ın indiki prezidenti Donald Tramp və keçmiş dövlət katibi Hillari Klinton da uçot dərəcəsinin artırılmasında maraqlı idi. Hesab edirəm ki, dekabr ayında uçot dərəcəsi artırılacaq. Hətta bundan əvvəl keçirilən toplantılarda FES üzvlərinin əksəriyyəti uçot dərəcəsinin artırılması üçün iqtisadi əsasların olduğuna dair mesajlar verirdilər. Bu isə onu deməyə əsas verir ki, 2016-cı ildə təxminən 2015-ci ilə bənzər ssenari inkişaf etdirildi.

Yəni, il ərzində uçot dərəcəsi artırılmır, son toplantıda FES əlində olan sağlam dəlilləri nəzərə alır və ilin əvvəlində açıqladığı kursa sadiq qalaraq öz etibarlılığını qoruyaraq uçot dərəcəsinin artırılmasına gedəcək. Hazırda müzakirə olunan əsas məsələlərdən biri faiz dərəcəsidir. Hesab edirəm ki, 0.25 faiz səviyyəsində uçot dərəcəsinin artımı baş verəcək. Bu isə çox kəskin artım deyil. Bu artım ilk dövrlərdə dünya bazarlarında qısamüddətli dövr üçün ABŞ dollarının möhkəmlənməsinə səbəb ola bilər. Hazırda bazar doymuş hesab olunur. Müşahidələr göstərir ki, dollar aparıcı dünya valyutalarına qarşı möhkəmlənib".

İqtisadçının sözlərinə görə, uçot dərəcəsi artandan sonra qısamüddətli dövr üçün bahalaşma olacaq. Onun qənaətincə, orta və uzunmüddətli dövrdə dollar hazırda dünya bazarlarında olduğundan heç də baha olmayacaq: "Məsələyə bu baxımdan yanaşdıqda deyə bilərik ki, Azərbaycan üçün çox sarsıdıcı təsirləri olmayacaq. Çünki Azərbaycanda faktorlar nisbətən fərqlidir. Burda tədiyyə balansında yaranmış kəsirlərə təsir edən amil uçot dərəcəsinin artırılmasından daha çox neftin qiyməti rol oynayır. Bu baxımdan milli valyuta neftin qiymətinin təsirləri daha çox əks olunur, nəinki dolların uçot dərəcəsinin artırılması. Təbii ki, dolların möhkəmlənməyi manatın ucuzlaşmasına səbəb ola bilər. Amma bu, uzun sürməyəcək.

Manatın məzənnəsini proqnozlaşdırmaq istəsək, bu zaman əsas indikator məhz neftin qiyməti faktoru olacaq. Hazırda neft optimist ümidlər istiqamətində dinamika nümayiş etdirir. Azərbaycanda manatın məzənnəsinə təsir edəcək qiymət seriyası 1 barel neft üçün təxminən 80-90 dolların üzərindədir. Bu baxımdan hazırkı qiymət səviyyəsi müsbət psixoloji təsir faktorlarını nisbətən neytrallaşdırır. Amma hazırkı qiymətlərin də tədiyyə balansında müsbət dinamikanın yaranmasına hələ ki, gücü çatmayacaq. Proses nə qədər uzanacaqsa, manat bir o qədər dəyərsizləşməkdə davam edəcək".

Noyabrın 30-da OPEK neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması qərarı qəbul edib. 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Uçot dərəcəsinin artırılması dünya bazarlarında neftin qiymətinə necə təsir göstərəcək?

Rəşad Həsənov qeyd edib ki, dolların dünya bazarlarında möhkəmlənməsi əmtəələrin qiymətlərində azalmaya səbəb olur: "Təbii ki, bu analoji situasiya neftin qiymətində də müşahidə olunacaq. Noyabrın 30-da OPEC və qeyri-OPEC ölkələrinin toplantısında gündəlik neft hasilatının azaldılması ilə bağlı qərardan sonra birjalarında neftin qiymətində 1 barel üçün 2-3 dollar artım müşahidə olunur. Hazırda da bu tendensiya davam edir.Bir tərəfdən bazarda təklifin azaldılması yolu ilə qiymətlərin sabitləşdirilməsi xətti nümayiş etdirilir, digər tərəfdən də danışıqların heç birinə qoşulmayan və prosesdə iştirak etməyən sərbəst neft hasilatçıları var. Ötən həftə ABŞ-da 27 neft quyusu artıb. Bu, bir həftə ərzində təxminən 5 faizə yaxın artım deməkdir.

Bu artım isəəslində bahalaşan neft qiyməti fonunda baş verir. Çünki burda dünya bazarlarında neft qiymətinin 50 dollardan yuxarı olması, ABŞ neftinin mənfəətliliyini təmin edən faktordur ki, bu zaman da fəaliyyətini dayandırmış quyular qısa müddətdə aktivləşdirilir. Hesablamalar onu göstərir ki, 1 il ərzində ABŞ neft hasilatçıları dünya bazarlarına təxminən 1.5-2 milyon barel həcmində əlavə gündəlik neft hasil etmək iqtidarındadır. Bu da təxminən OPEC-in azaltmaq istədiyi neftin həcmi qədərdir. Ola bilsin ki, qısa və ortamüddətli dövrdə qəbul edilən hasilatın azalması ilə bağlı qərarlar bazarlarda nefti möhkəmləndirsin. Amma sonrakı dövrlərdə digər ölkələrin neft şirkətlərinin fəaliyyətinin səmərəlliyini, investisiya axının sürətlənməsinı və bazara təklif olunan neftin həcmini artıracaq. Son nəticədə bu, neft qiymətləri ilə bağlı narahatlıqların yaranmasına gətirib çıxaracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 15705   Tarix: 31 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021