"Sevgim bakirə olmayıb" - Lalə Məmmədova

"Sevgim bakirə olmayıb" - Lalə MəmmədovaƏməkdar artist Lalə Məmmədova Ülviyyə Alovlunun aparıcılıq etdiyi "Əslində mən" verilişinin qonağı olub.

Müğənni keçmiş həyat yoldaşı İlham bəydən danışıb:

"Mən ziyalı insanların oğlu ilə ailə qurdum. İki övladım dünyaya gəldi. Həyatımda heç bir şeyə peşman deyiləm. Heç kim həyatdan sığortalanmayıb. Bəzən insan həyatında elə hadisələr baş verir ki... Bir gecənin içərisində böyüdüm. 35 yaşımda özümü 50 yaşındakı qadın kimi hiss etdim. İnsan yalnız özünə güvənməlidir. Ailə qala kimi yerdir. Orada baş verənlərdən heç kəs xəbər tutmamalıdır. Mənim də ailəmdə nələrsə oldu. Bunları isə bir o, bir mən biləcəm. Ailə qurana qədər görüşdüyüm biri olmamışdı. Yaxınlaşıb evlilik təklif edənlər olurdu. Amma şərt qoyurdular ki, müğənniliyi at. Həyat yoldaşımı seçərkən ilk sözü bu oldu: "Oxumağına qarşı deyiləm". Musiqini anlayan biri idi".

İfaçı ikinci dəfə ailə qurub-qurmayacağı ilə bağlı suallara belə cavab verib:

"Qismət. Həyat davam edir. Amma bu dəfə tələblərin daha çox olacaq. Hazırda həyatımda ən önəmli olan övladlarımdır. Onları böyüdüb, təhsil verəcəm. Bizdə ikinci dəfə ailə qurmağa yaxşı baxmırlar. Niyə? Axı, hər kəs xoşbəxt olmaq istəyir. Ailə qurulanda sevgi olmalıdır. Evlənməyə iki nəfər qərar verməlidir. Nə qədər güclü olmağa çalışsam da, mən qadınam. Qadınlar zəif məxluqdur".

L.Məmmədova musiqi sevgisindən də bəhs edib:

"İnsan dünyaya bakirə gəlir. Hisslərimiz təmiz olur. Mən bakirə doğulsam da, sevgim bakirə olmayıb. Musiqini çox sevirdim. Buna görə də açıq deyirəm ki, dünyaya gələndə sevgim bakirə olmayıb. Anam müğənni olmağıma narazı idi. Amma atam yanımda oldu. Ailə qurana qədər hər yerə onunla gedirdim"./Axşam.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1761   Tarix: 06 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021