Zəngəzur dəhlizi Azərbaycanın istədiyi şərtlər daxilində açılmalıdır! - AÇIQLAMA

Zəngəzur dəhlizi Azərbaycanın istədiyi şərtlər daxilində açılmalıdır! - AÇIQLAMA"2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata əsasən hüquqi olaraq belə bir məsuliyyəti öz üzərində goturmusdu. Söz verdi ki, Zəngəzur dəhlizi ilə bağlı heç maneə törətməyəcək və açılmasına kömək edəcəkdir. Lakin Ermənistan hakimiyyətinin ikiüzlü siyasəti ucbatından illərdir ki, bu proses uzanır. Ermənistan hər vəclə yeri gələndə İranı, ABŞ-ni, Fransanı və digər ölkələri bu prosesə daxil edərək Zəngəzur dəhlizinin açılmaması üçün bir avantürist siyasət həyata keçirir. Lakin bunu nəzərə almaq lazımdır ki, Ermənistanın yeritdiyi bu cür siyasət hər dəfə iflasa uğramışdır. Nə Fransa Cənubi Qafqazda, nə dəki ABŞ-dəki ermənipərəst lobbi Azərbaycana diqtə edəcək gücdədir. Çünki Azərbaycan bu gün iqtisadi inkişafına, ordusunun gücünə, güclü xarici siyasətinə görə bölgənin lider ölkəsidir. Ona görə də Ermənistan hökuməti anlamalıdır ki, 2020-ci ilin noyabrında verdiyi sözü artıq yerinə yetirməlidir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib. Onun sözlərinə görə Zəngəzur dəhlizi Azərbaycanın istədiyi şərtlər daxilində açılmalıdır. Bu Azərbaycanın həm hüquqi-tarixi, həm də geopolitik haqqıdır.

"Biz çox yaxşı bilirik ki, 30 il ərzində Azərbaycan minlərlə kəndi dağıdılmış, 1 milyondan artıq vətəndaşımız qaçqına çevrilmişdir. Azərbaycana artıq külli-miqdarda zərər dəymişdir. Ən azından Zəngəzur dəhlizinin açılmasından sonra, qismən də olsa bu itirdiklərimizi yeni ticarət yolları ilə bərpa edə bilərik. Əslində Ermənistan bunu anlamalıdır ki, Zəngəzur dəhlizi ölkəsinin işinə gələn bir yoldur. Ona görə də Nikol Paşinyan və onun komandası artıq 2024-cü ildə sülh müqaviləsi imzalamalıdır. Bu sülh müqaviləsinin içərisində Zəngəzur dəhlizi olmalıdır. Əks təqdirdə Ermənistanın siyasi-iqtisadi və sosial həyatında böhranlar daha da dərinləşəcəkdir. Çünki Ermənistan bu gün sərhədlərinin 80 faizini işlədə bilmir. Türkiyə və Azərbaycan ilə münasibətləri yoxdur. Ermənistan onsuzda iqtisadi cəhətdən Moskvadan, qərbdən asılı bir hala gəlmiş ölkədir. Bu gün Ermənistan Cənubi Qafqazda, başda Zəngəzur dəhlizi olmaqla, iqtisadi xətləri açmasa vəziyyəti daha da bərbadlaşacaq. Biz bilirik ki, Ermənistan vətəndaşlarını itirir və xaricə böyük köç var. Ermənistan təqribən 1 milyon yarım vətəndaşı olan ölkəyə çevrilir. Ermənistan sanki Zəngəzur dəhlizinin açılmasının qarşısını alaraq müstəqil siyasət yürütdüyünü zənn etsə də, Fransanı və digər tərəfdən qərbdəki digər ermənipərəst lobbilərini, habelə İranın vassalı halına çevrilir. Lakin cənab prezidentin təklif etdiyi kimi əgər Ermənistan 3+3 formatında hərəkət edərsə bu onların gələcəyi üçün müsbət olacaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 675   Tarix: 27 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021