Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: "Bacısının əri Moskvadan gəlmir, çünki..." - VİDEO

Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: "Bacısının əri Moskvadan gəlmir, çünki..." - VİDEOAilə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı yenilik var.

BAKU.WS xəbər verir ki, TV Müsavatın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumata görə, Ə.Əhmədov hələ ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Onun ruhi dispanserə köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhməd Əhmədovun həkim heyətinin qarşısına çıxarılması və ondan sonra barəsində ekspert rəyi verilməsi gözləniləndir.

Bundan başqa, təcridxanada olan Ə.Əhmədov xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları da məcburi qaydada qəbul edir.

Xatırladaq ki, Əhməd Əhmədov törətdiyi qətl hadisəsinə qədər bu dərmanları qəbul etməyərək, müalicədən tam şəkildə imtina etmişdi. Son 3 ayda Ə.Əhmədov həkimin təyin etdiyi bütün müalicəni yerinə yetirməyib və düşdüyü psixoloji vəziyyətin səbəbi də məhz budur.

Bu arada, istintaq üçün açar fiqur sayılan şəxs isə Ə.Əhmədovun bacısının Moskvada yaşayan əridir. Hələ ki, sözügedən şəxs istintaqa gəlməyib və ifadə verməyib. Əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədovun rəhmətə gedən bacısı və əri boşanıblar. Bacısının Moskvadan qızı ilə birlikdə Bakıya köçməsinin səbəbi də bu boşanma olub. Əslində isə Ə.Əhmədovu tətikləyən hadisə ailəyə məxsus evlərdən birinin boşanan bacısına verilməsi olub. Əhməd Əhmədov valideynlərinə daha öncə dəfələrlə bildirib ki, ailəyə, dolayısı ilə ona məxsus olan mənzili bacısına vermələri doğru deyil. Son aylar Əhmədlə valideynləri arasında yaşanan mübahisənin kökündə məhz o mənzil dayanıb. Ailəsini itirən yeznə isə nə Bakıya gəlib, nə də istintaqa ifadə verib.

TV Müsavat eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbəyə ailəyə məxsus mülklərlə bağlı sual da verib.

Ə.Əhmədovun varisinin kim olması, eyni zamanda ortadakı çoxsaylı mülklər, evlər, maşınlar, obyektlər, nəğd və bank hesablarındakı pulların kimə çatacağı da müzakirə mövzusudur. Qaynağın deməsinə görə, bu məsələ mübahisəlidir. Hazırda qohumlar arasında müəyyən çəkişmə və mübahisə getməkdədir. Əhmədovların birinci dərəcədən varisi müəyyənləşəndən sonra bu barədə müvafiq qərarlar veriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4187   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. "Aparılan axtarışlar nəticəsində ölən sürücü, Şirvan şəhər sakini 1981-ci il təvəllüdl

12 aprel
.

Oruc tutmayanlar elə bilirdi oruc tutanlar bir dana yeyir...

Azərbaycan ən mütərəqqi ideyaların dəfn olunduğu məkandır. "Qəbirqazan" özgəsi deyil, özümüzük. Qazırıq, basdırırıq, üstünü də torpaqlayırıq. Ki, bir də geri qayıtmasın. Sosial-demokratiya kimi ümumbəşəri bir ideyanı dəfn edəndən bəri gələcəyimizdən çox bədbinəm. Başa vurduğumuz müqəddəs Ramaza

10 aprel
.

İllər sonra 20 min borcunun olduğunu öyrəndi - Video

Bakıda vətəndaş əvvəllər çalışdığı avtosalonun rəhbərliyinin onu aldatdığını iddia edib. "Qafqazinfo" xəbər verir ki, zərərçəkən Yusif Eminov 2009-2011-ci illərdə avtosalonların birində gözətçi işləyib. Bakı qeydiyyatı olduğu üçün salon rəhbərliyinin xahişi ilə adına bank vasitəsi ilə üç avtomobi

12 aprel
.

Vilayət Eyvazovdan yeni təyinat

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib. APA-ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Məşədiyev Arif Nazim oğlu Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsini

12 aprel
.

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin AZALIB

2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb. Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,9 % azdır. Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb

12 aprel
.

Qızılın qiymətində yeni rekord

Birjada qızılın qiyməti aprelin 12-də ilk dəfə bir unsiya üçün 2400 dolları ötərək yeni tarixi maksimuma çatıb. Bakı vaxtı ilə saat 10:47-də "Comex" birjasında iyun ayı qızıl füçerslərinin kotirovkaları 1,63% artaraq bir unsiya üçün 2 411,3 dollar olub. 2024-cü ilin əvvəlindən metal dünya bazarınd

12 aprel
.

Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO

Bakıda tikilməkdə olan metronun "B04" stansiyasının görüntüləri yayılıb. Ölkə.Az xəbər verir ki, hazırda tikinti işləri sürətlə aparılır. Qeyd edək ki, bu, Bakı Metropoliteni QSC-nin istifadəyə veriləcək sayca 28-ci, bənövşəyi xəttin isə beşinci stansiyasıdır. Ətraflı. Ətraflı AzTV-nin süjetində

11 aprel
.

Sabah Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən -a məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanı

12 aprel
.

Dünyada qeyri-iş günü çox olan ölkələr - Azərbaycan neçənci yerdədir? - FOTO

İş saatları və günlərin sayı ölkələr üzrə müxtəlifdir. Təbii olaraq bu siyahıya qeyri-iş günləri də daxildir. xəbər verir ki, aparılan araşdırmalar nəticəsində, dünyada ən çox qeyri-iş günü olan ölkələr adları məlum olub. Ən çox qeyri-iş günü olan ölkələr siyahısında Azərbaycanın adı üçüncü yerdədir

11 aprel