Lənkəraniskinin "tacı" uğrunda müharibə başlayır - SON DÖYÜŞ

Lənkəraniskinin "tacı" uğrunda müharibə başlayır - SON DÖYÜŞ"Rəşad Gəncinski" ləqəbli kriminal avtoritet Rəşad İsmayılov Rövşən Lənkəraniskini qətlə yetirdiyini etiraf edib. Bu etirafdan sonra azərbaycanlı avtoritetlərin yeni hesablaşması dövrü başlanacaq.

Bu barədə Rusiyanın "Rosbalt" agentliyi yazıb.

"Azərbaycan mafiyası müharibəyə hazırlaşır" - deyə yazan agentlik qeyd edir ki, 2017-ci ildə Azərbaycanın kriminal qəbilələrinin nümayəndələrini ciddi toqquşmalar gözləyir.

Hazırda Moskva regionunda güclü vahid qruplaşma yaranıb. Bu qruplaşmaya Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov, Rəşad İsmayılov (Rəşad Gəncinski) daxildir. Onları Rövşən Lənkəraniskiyə düşmənçilik birləşdirirdi.

2016-cı ilin avqustunda Rövşən Canıyev İstanbulda qətlə yetirildi. Və Yeni il ərəfəsində Rəşad Gəncinski Lənkəraniskini "aradan götürdüyünü" açıqladı. O, bunu yaxın dostu, Moskvada "göyərti kralı" kimi tanınan və öz evinin qarşısında güllələnərək öldürülən Canbulat Şamiloğlunun qisasını almaq üçün etdiyini bildirib.

Lakin "Rosbalt"ın mənbələri bu işdə Gəncinskiyə Vaqif Süleymanov və Lotu Qulinin kömək etdiyini deyiblər.

Nəticədə hər üç "qanuni oğru" Rövşən Lənkəraniskinin Moskvadakı bütün obyektlərini öz aralarında bölüşdürdülər.

Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə danışıb ki, vəziyyətin uzun müddət belə davam edəcəyini demək çətindir. Xüsusilə, Nadir Səlifovun 2017-ci ildə azadlığa çıxacağı haqqında söhbətlərin getdiyi bir vaxtda.

"Məlumatlar var ki, Lotu Qulinin bu il Azərbaycanda həbsdən buraxılması üçün danışıqlar aparılır. O, elə şəxsdir ki, bu gün səninlə dostdur, müttəfiqdir, sabah ən qəddar düşməninə çevrilə bilər və səni öldürmək üçün əlindən gələni hər şeyi edər. Rəşadla Vaqif bunu anlayırlar. Buna görə də üçlüyün yaratdığı ittifaq 2017-ci ildə mütləq dağılacaq və keçmiş müttəfiqlər arasında müharibə başlayacaq", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, hazırda "Zayka" ləqəbli Zaur Əliyevin klanı da güclənməyə başlayıb: "Hansı ki, bu şəxs və tərəfdarları istənilən söhbətdə silaha əl atır".

Mənbə Lotu Qulinin düşməni "Kürən Albert" ləqəbli Əli Heydərov faktorunu da xüsusi vurğulayıb.

"Kürən Albert" 2014-cü ildə həbs olunub və iki ildir istintaq altındadır.

"Onun azadlığa çıxacağı vaxt da yeni qarşıdurma ola bilər. Lakin bütün hallarda Azərbaycan mafiyası bu il şiddətli qarşıdurma dövrünə qədəm qoyacaq", - deyə o diqqətə çatdırıb.

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2197   Tarix: 05 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel