Ərdoğan və Nazarbayevin Qarabağ PLANI: Ermənistan xəritədən silinəcək

Ərdoğan və Nazarbayevin Qarabağ PLANI: Ermənistan xəritədən silinəcəkDağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bu il hansı məcrada davam edəcəyi, ümumiyyətlə olub-olmayacağı şübhə altındadır.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı şərhçi Stanislav Tasarovun açıqlaması bu kontekstdə diqqət çəkir.
Tasarov deyir ki, Türkiyə 2017-ci ildə Qafqaz siyasətini aktivləşdirəcək və bu işdə ona Qazaxıstan yardımçı olacaq.
"Yeni ilin başlanğıcında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqladı ki, yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli sammiti keçiriləcək. O, həmçinin, Bakı-Ankara-Astana formatının üzərində də iş aparıldığını qeyd etdi. Türkiyə bununla həm Orta Asiyada, həm də Qafqazda aktivləşməyi planlaşdırır. Təbii ki, Yaxın Şərqdə faktiki olaraq Rusiya ilə birgə hərəkət edir və yaxın günlərdə Astana zirvəsinin keçiriləcəyi gözlənilir. Qazaxıstanda Suriya münaqişəsi müzakirə olunacaq. Ankaranın niyyəti var ki, gələcəkdə bu formatda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də gündəmə gəlsin. Türkiyə xarici siyasət rəhbərliyi açıqladı ki, 2017-ci ildə Qafqazdakı dondurulmuş münaqişələrin həllinə çalışacaq. Təbii ki, türklər ilk növbədə Dağlıq Qarabağı nəzərdə tutur. Bu məsələdə Ərdoğana Nazarbayevin də yardım edəcəyi gözləniləndir. MDB-nin ağsaqqalının Bakıya yaxınlığı isə artıq təkzibolunmaz faktdır", - deyə o bildirib.
Erməni politoloq İqor Muradyanın açıqlaması isə danışıqlar prosesində baş verənlər baxımından maraqlıdır. Muradyan deyir ki, danışıqların arxa planında Ermənistanın mövqeyi nəzərə alınmır.
"Ermənistan hakimiyyəti Qarabağ üzrə güzəştin mümkün hüdudlarını açıqlayıb. Yəni, Qarabağı Azərbaycanın tərkibində görmək istəmir. Lakin biz arxada həqiqətən belə olduğunu deyə bilmirik. Çünki Serj Sarkisyanın bəyanat vermək, yaxud seçim etmək qabiliyyəti yoxdur. Danışıqlarda Ermənistanın mövqeyi nəzərə alınmır. Ermənistanda savadsız diplomatlar və hər cür qeyri-hökumət təşkilatları yaxşı ödəniş qarşılığında bu məsələ ilə məşğul olurlar. Lakin ABŞ hazırda durğunluq dövründən çıxır və aktivləşir. Tamamilə yeni aktiv xarici siyasət gözlənilir. Anti-Amerika mövqeyi tutan ölkələrin gələcəyi yaxşı olmayacaq. O cümlədən, Ermənistan öz patronu Rusiya ilə birlikdə dağılacaq", - deyə o bildirib.

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2036   Tarix: 06 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021