Zəngəzur və İrəvanın geri qaytarılması məsələsini qabartmalıyıq - ÇAĞIRIŞ

Zəngəzur və İrəvanın geri qaytarılması məsələsini qabartmalıyıq - ÇAĞIRIŞMillət vəkilləri Musa Urud, Fəzail Ağamalı və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı qlobal platforma olan "Change.org" saytında "Zəngəzuru Azərbaycana qaytarın!" başlığı altında petisiyanın yerləşdirilməsinə münasibət bildiriblər.
S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, bu hadisə Azərbaycana qarşı olan haqsızlığın və ədalətsizliyin bir daha xatırlanmasıdır:
"Çünki 19-cu əsrin 20-30-cu illərində Zəngəzur və digər Azərbaycan torpaqlarının qeyd şərtsiz olaraq ermənilərə verilməsi həyata keçirilib. Bunu sübut edən yüzlərlə dəlillər, sənədlər mövcuddur. Hətta, rus mütəxəssislər də etiraf edir ki, Zəngəzur tarixi Azərbaycan torpağıdır. Ona görə də biz həmin tarixi unutmamışıq. Nədənsə, bir növ adət etmişik ki, hər hansı bir hadisə baş verən kimi, ondan əvvəlkini tez unuduruq. Göyçəni, Zəngəzuru, Qarabağı unutmaq olmaz".
S.Rüstəmxanlı qeyd edib ki, Zəngəzurun, İrəvanın Ermənistana verilməsi tarixi faktdır:
"Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Bunu Ermənistan gizlədə bilər. Ancaq Azərbaycan tərəfi əsla unutmamalıdır. Ona görə də biz Qarabağla yanaşı, Zəngəzur və İrəvanın da geri qaytarılması məsələsini qaldırmalıyıq".
Əslən Zəngəzurdan olan Musa Urud isə petisiyaya görə müəllif Yevgenil Syominə təşəkkür edib.
O Publika.az-a açıqlamasında deyib ki, sözügedən petisiya təqdirəlayiq addımdır:
"Mən Azərbaycanı sevən bütün sosial şəbəkə istifadəçilərini və qeyri-hökumət təşkilatı nümayəndələrini sözügedən petisiyaya qoşulmağa dəvət edirəm. Bu petisiyanın yerləşdirilməsinin ən əhəmiyyətli məqamı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının Rusiya cəmiyyətinə mesaj olacağıdır. Bu bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təkcə Qarabağla bitməyib. Tarixən ermənilər Azərbaycanın tarixi ərazilərinə göz dikərək, ona sahiblənməyə çalışıblar. Bəzi dövrlərdə isə Rusiyanın yardımı ilə ermənilər məsələləri öz xeyirlərinə həll etməyə nail olublar. Hələ 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin İrəvan və Naxçıvan vilayətləri ərazilərinə köçürülməsi başladılıb. Doğrudur, 1840-cı ildə həmin vilayət ləğv olunsa da, ermənilərin Azərbaycana qarşı iddiaları hələ o zamandan olub. 1918-ci ildə isə İrəvan və onun ətrafında olan Azərbaycan ərazilərini ermənilərə paytaxt kimi bağışlayıblar. Bundan sonra isə Göyçə, Dərələyəz, Zəngəzur ermənilərə verilərək, Ermənistanın indiki ərazisi formalaşdırılıb. Ermənilər ötən əsrin ortalarında isə Qarabağ iddialarını qabardıblar".
M.Urud qeyd edib ki, Zəngəzurun Azərbaycana qaytarılması ideyasının xaricdən ortaya çıxarılması vacib əhəmiyyət kəsb edir:
"Cənab Prezident də dəfələrlə bəyan edib ki, Zəngəzur və İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Mən bu petisiyaya qoşulan insanları alqışlayıram".
Xatırladaq ki, əslən Zəngəzurdan olan digər millət vəkili Fəzail Ağamalı isə hələ 2014-cü ildə keçirilən Milli Məclisin sessiyasında çıxışı zamanı Göyçə və Zəngəzurun ermənilərə verilməsinin tarixi ilə bağlı məsələ qaldırmışdı.
Bu LİNKƏ tıklayaraq petisiyada iştirak edə bilərsiniz.
Həmin vaxtı deputat Fəzail Ağamalı 1918-ci il Batumi müqaviləsi haqqında danışaraq demişdi:
"Bir neçə gün əvvəl görkəmli alimimiz Yaqub Mahmudov bir məsələyə xüsusi diqqət ayırdı. Söhbət Batumidə imzalanan müqavilədən gedir. Bu müqavilədə qoyulan öhdəliklər yerinə yetirilməyib. Ermənilər bir an belə dayanmayıblar. Bizə qarşı ərazi iddiaları irəli sürülüb, İrəvanda Azərbaycan məktəbləri mövcud deyil, ərazilərimizin 20 faizi işğal edilib. Bu proses indi də davam edir".
F.Ağamalı daha sonra SSRİ zamanı da Zəngəzur və Göyçə mahalının Ermənistana verilməsi haqqında danışaraq, bu zamanda razılaşmanın şərtlərinin pozulduğunu, erməni tərəfinin təcavüzünün davam etdiyini vurğulamışdı:
"Fikrimcə, biz bu məsələlər haqqında ciddi düşünməli, bunu qaldırmalı və ilk olaraq hüququ baza yaratmalıyıq. Təklif edirəm ki, XİN-də xüsusi qrup yaradılsın və bizim qaldırdığımız olan bu məsələ ilə bağlı addım atılsın.

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2273   Tarix: 06 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart