"Sənin qolun güclüdürsə, mənim də..." -Lənkəranskinin adamına belə işgəncə verdilər (+18 VİDEO)

"Sənin qolun güclüdürsə, mənim də..." -Lənkəranskinin adamına belə işgəncə verdilər (+18 VİDEO)Azərbaycanda kriminal qruplaşmalar arasında dəhşətli vəziyyət hökm sürür. "Kriminal general" Rövşən Lənkəranskinin öldürülməsindən sonra bu sahədə hegemonluq üstündə sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir.

Bu işdə hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları vəziyyətə nəzarət etməyə başlayıb. Belə ki, onlar vaxtilə Lotu Quliyə qarşı olan adamları bir-bir cəzalandırır, "oğru dünyası"ndan xaric edirlər.

Bu sahədə ən amansız mübarizə isə şübhəsiz ki, Lotu Qulinin əsas düşməni olmuş Lənkəranskiyə yaxın hesab edilən adamlara qarşıdır. Buna görə də İstanbulda qətlə yetirilən qanuni oğruya vaxtilə yaxın olmuş adamlar çıxılmaz bir duruma düşüblər: onların bəziləri ağır işgəncələrə məruz qalır, aşağılanır, cinayətkar aləmdə biabır edilirlər.

Təqdim etdiyimiz videoda da vəziyyətin nə dərəcədə dözülməz olduğu, insanlara qarşı hansı vəhşilikərin edilməsi öz əksini tapır. İşgəncə verilən adamların kimliyini imkan qədər gizli saxlamağa çalışmışıq. Amma kadrlardan açıq görünür ki, işgəncə verən şəxslər Lotu Qulinin adamlarıdır. Onlar "çarmıxa" çəkdikləri şəxslərin vaxtilə Lotu Quli haqqında dediklərinin hesabını soruşurlar, ağır işgəncələrə məruz qoyaraq "böyük qardaşdan" üzr istədirlər.

Məlumat üçün deyək ki, belə hesablaşma videoları kifayət qədər çoxdur və onlar sosial şəbəkələr, xüsusən də cinayətkar aləmə yaxın şəxslər arasında Votsap vasitəsilə yayılır. Bununla da "sındırılan" şəxslər ifşa edilir.

Lənkəranskiyə yaxınlığı bildirilən avtoritetlərdən ikisinə verilən işgəncənin videosunu təqdim edirik:

Mənbə: bakipost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6379   Tarix: 06 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel