Azərbaycanı Suriya bataqlığına kimlər itələyir?

Azərbaycanı Suriya bataqlığına kimlər itələyir?Son 5 ildə yarım milyon insanın ölümünə səbəb olan Bəşər Əsədin müftisi Şeyx Əhməd Bədir Əl-Din Hassoun "Qarabağ erməni torpağıdır" deyə açıqlama verdi. Suriya və Qafqaz bölgəsi arasındakı məsafəni, eləcə də öz ölkəsində yaşananları bir kənara qoyaraq, Azərbaycanın işğal olunmuş torpaqlarından danışması məntiqsiz göründüyü qədər də düşündürücüdür. Suriya müftisinin Əsəd ordusunun indiyə qədər törətdiklərinə haqq qazandırması başadüşülən olardı. Amma o, "hansı mübahisəlilikdən danışmaq olar. Şəxsən mən müstəqillik və azadlıq məsələsində Qarabağ xalqını dəstəkləyirəm. Bir daha qeyd etmək istəyirəm ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, xalqın iradəsi ilə bağlıdır" deyə öz təxribat qarışıq yanlışlarını davam etdirir.
Suriya müftisinə Azərbaycana qarşı təxribatçı fikirlərə yer verməyi kim sifariş verə bilərdi? Əsəd bununla nəyin mesajını vermək istəyir? Yaxud doğrudanmı müftini danışdıran Əsəddir, yoxsa Əsədin bel bağladıqları?
Burada məsələnin görünən və görünməyən tərəfi var.
Görünən tərəf: Rusiyanın dəstəyi ilə boğazını ipdən xilas edən Əsəd ölkəni yenidən birləşdirmək ümidi ilə çabalayır. Bunun üçün ona Suriyada yaşanan bütün xalqların dəstəyi lazımdır, o cümlədən ermənilərin. Suriya ermənilərinin əksəriyyəti hələ müharibənin ilk günlərindən Əsədin yanında yer alırdı. Qamışlı, Hələb, Əl Xasaka, Əl Əziz, Süleymaniyyə, Latakiya, Rakka, Kobani, Deyir əz Zor, Xoms, Əl Raşidin və digər şəhərlərdə ermənilərin yarımhərbi və siyasi təşkilatları mövcud idi. Bu gün həmin təşkilatlar Əsəd ordusu tərəfində döyüşür. Suriya daxil olmaqla, Yaxın Şərqdə dağınıq halda yaşayan ermənilər həmişə millətçi "Daşnaksütyun" partiyasının nəzarətində olublar. Hələ I Qarabağ müharibəsində Yaxın Şərqdə Azərbaycana qarşı döyüşməyə gəlmiş erməniləri məhz bu partiya toplamışdı. Suriya müharibəsi dövründə də daşnaklar zaman-zaman xaricdəki ermənilərdən hərbi birləşmələr yaradaraq, Əsədin imdadına yetişirdi. Bu gün Əsəd ordusunun 106 saylı bölməsinin erməni döyüşçülərdən təşkil edildiyinə dair informasiyalar mövcuddur. Məlumatlar var ki, erməni döyüşçülər Əsəd ordusunda Suriya türkmanlarına qarşı qətliamlarda aktiv iştirak ediblər. Hazırda Kesab bölgəsində 20 minə yaxın erməni silahlı qruplaşmasının olduğu deyilir və onları birbaşa İran maliyyələşdirir. Suriyadakı erməni döyüşçüləri Hələb yaxınlığında yerləşən Nayrab düşərgəsindəki hərbi komandanlıq koordinasiya edir. Bu düşərgənin də İran tərəfindən maliyyələşdirildiyi haqqında məlumatlar mövcuddur.

Bu informasiyalar fonunda Suriya müftisinin Azərbaycan torpağını ermənilərə "verməsi"nin səbəbini Ermənistana "təşəkkür" kimi görmək mümkündür. Həm də bu açıqlama ilə Əsəd rejimi ermənilərin, daha dəqiq desək, "Daşnaksütyun"un ona sona qədər dəstək verməsini təmin etməyə çalışdığı da ehtimal oluna bilər.

Azərbaycanın strateji müttəfiqi Türkiyənin Əsədə qarşı olması, həmçinin, Ermənistanı dəstəkləyən İranın Əsədə dəstəyi də müftinin danışdığı yalanın səbəbləri sırasına daxildir.

Lakin hər şey bununla bitmir və Əsədin müftisinin qəfil Qarabağdan danışaraq, Azərbaycanın əleyhinə çıxmasının təkcə ermənilərə yarınmaqdan ibarət olmadığı ortadadır. Müftinin bu fikirləri söylədiyi müsahibəni Rusiya mediasına verməsi diqqəti məsələnin görünməyən tərəfinə cəlb edir. Hansı ki, oradan "Rusiya Azərbaycana nəyin mesajını verir" sualı boylanmaqdadır.

Görünməyən tərəf: Moskva ötən ilin noyabr ayında Suriya ilə bağlı yeni planını açıqladı: İŞİD məhv edildikdən sonra Rusiyanın rəhbərliyi altında "sülhyaratma missiyası" hazırlanacaq. Sülhməramlıların əsas missiyası Suriyada humanitar fəaliyyəti həyata keçirmək, Əsədin nəzarətindəki ərazilərdə müdafiə işini qurmaq, minalanmış əraziləri təmizləmək və sairədir.

Hərbi mənbələrin məlumatına görə, Kreml missiyanın tərkibində İran, Misir, Çin, Serbiya, Qazaxıstan, Ermənistan və Azərbaycanı görmək istəyir.

Bu məsələ noyabrın 30-da MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən iclasında müzakirə olundu. Müdafiə naziri Zakir Həsənovun da iştirak etdiyi iclasda Azərbaycana konkret Suriyada minaların təmizlənməsi işində iştirak etmək təklif edildi.

Azərbaycanın bununla razılaşıb-razılaşmadığına dair heç bir rəsmi məlumat yoxdur. Lakin Suriya müftisinin dili ilə Azərbaycana verilən Qarabağ mesajı rəsmi Bakının razılaşmadığı ehtimalını artırır.

Təbii ki, burada "Azərbaycan niyə Suriyada humanitar missiyada iştirakdan imtina edə bilər" sualı önə çıxır.

Bu sualın cavabını isə "Rusiyanın Suriya missiyası yaratmaqda məqsədi nədir" sualının cavabında tapmaq olar.

Moskvanın missiya yaratmaq planı hər şeydən öncə Rusiyanın Suriyadakı fəaliyyətinə beynəlxalq legitimlik qazandırmaq istəyindən irəli gəlir. Bunun özlüyündə Azərbaycana hansısa ziyanı görünmür. Lakin bu missiyanın Türkiyədən kənarda qurulması diqqət çəkir.

Azərbaycanın Suriyaya qoşun göndərməsinin qarşısını alan səbəblər:

1. Türkiyənin prosesdə iştirak etməməsi.
2. İşğalçı Ermənistanla eyni missiyada təmsil olunmaq.

Əslində Azərbaycanın Suriya missiyasında yer alması Rusiya üçün logistik baxımından o qədər də əhəmiyyət kəsb etmir. Rusiya bunu Azərbaycan olmadan da edə, yaxud başqa bir ölkənin adını siyahıya sala bilər. Bəs,
Azərbaycanın bu missiyada yer almasında Rusiya niyə maraqlıdır?

a) Bununla Azərbaycanı Türkiyədən müəyyən mənada uzaqlaşdırmaq.
b) Gələcəkdə Ermənistan və Azərbaycanın eyni təşkilatlarda təmsil olunmasının ilkin bazasını yaratmaq.
c) Bu, Rusiyanın liderliyi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ola bilər. Hansı ki, Moskva Bakını burada və Avrasiya İqtisadi İttifaqında məmnuniyyətlə görmək istəyir.

Bütün bunlarla yanaşı, Suriyaya bu və ya digər məqsədlə əsgər göndərmək, faktiki olaraq bu bataqlığa könüllü daxil olmaq kimi bir şeydir.

Rəsmi Bakı güman ki, bu gələcəyi gördüyü üçün Moskvanın təklifini geri çevirib. Və buna cavab olaraq, Rusiya mediası Suriya müftisini danışdıraraq, onun dilindən "Qarabağ ermənilərindir" sözünü alır. Məqsəd Azərbaycana bu mesajı verməkdir: Ya missiyada təmsil olunmaqla razılaş, ya da Suriya Dağlıq Qarabağın müstəqilliyini tanıyan ilk ölkə ola bilər.

Rusiya bununla göstərir ki, Qarabağın müstəqilliyini özü tanımasa da, digər ölkəyə tanıtdıra bilər.

Bəşər Əsədin hakimiyyətdə qalmaq üçün hər vasitədən istifadə edəcəyini nəzərə alsaq, onun Rusiyanın istəyilə bu addımı ata biləcəyini də asanlıqla demək olar.

Mənbə:publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2812   Tarix: 06 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel