Putin Sarkisyanı Qarabağ məsələsində necə aldatdı? – Gözdən qaçan DETAL

Putin Sarkisyanı Qarabağ məsələsində necə aldatdı? – Gözdən qaçan DETALKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) erməni baş katibin gəlməsini Putinin özü istəmir.

Rusiyalı siyasi şərhçi Vadim Dubnovun fikirləri belə deməyə əsas verir.

KTMT-nin baş katibi Nikolay Bordyujanı müvəqqəti olaraq müavini Valeri Semerikovun əvəzləməsini şərh edən Dubnov bildirib ki, Moskva lap əvvəldən bu posta erməninin təyin olunmasını istəmir: "Bəziləri iddia etdilər ki, Lukaşenko erməni baş katibin seçilməməsi üçün KTMT-nin Sankt-Peterburq iclasına bilərəkdən gəlməyib. Mən belə düşünmürəm. Burada gözdən qaçan detal var. Belə ki, Moskva Lukaşenkonun gəlməməsinə və erməni baş katibin seçilməməsinə görə şad oldu. Və bundan istifadə etdi. Bordyujanın Dağlıq Qarabağ haqqında müstəqil dövlət kimi danışması da əslində erməni tərəfində yaltaqlanmaq cəhdi idi. Lakin deyə bilmərəm ki, buna nə qədər nail oldu. Moskva isə ümumiyyətlə, KTMT-də erməni baş katib görmək istəmir. Sadəcə olaraq, bunu açıq şəkildə dilə gətirmədən erməniləri aldadır".

V.Dubnov qeyd edib ki, Moskva üçün Semerikovun daha uzun müddətdə KTMT-yə rəhbərlik etməsi sərfəlidir.

"Bordyujanın Qarabağ bəyanatı da Ermənistana verilmiş kiçik təsəllidir. Lakin bu faktdır ki, Moskva Azərbaycanla qarşıdurmada Ermənistana heç vaxt kömək etməyəcək", - deyə o bildirib.

Rusiyalı şərhçinin sözlərindən belə aydın olur ki, Putin Sarkisyanı KTMT-yə erməni baş katibin gələcəyi ilə bağlı aldadır. Buna səbəb kimi məhz Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan faktorunu göstərmək olar. Çünki KTMT-da erməni baş katibin olması "Putin NATO-su"nun Dağlıq Qarabağ məsələsində Ermənistanın xeyrinə bəyanatlarla çıxış etməsinə gətirib çıxara bilər. Bu isə Azərbaycanla münasibətlərin saxlanılması baxımından Rusiyaya sərf etmir. Ermənistan isə ümid edir ki, KTMT-yə erməni baş katibin gəlməsi ilə üzvü olduğu təhlükəsizlik təşkilatı məhz Qarabağ məsələsində heç olmasa onu bəyanatlarla dəstəkləsin.

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1891   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

29 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart