Tramp Azərbaycana qarşı "907-ci düzəliş"i ləğv edəcəkmi?

"ABŞ-ın yeni prezidenti Donald Tramp ədalətli mövqe tutub, bu məsələyə düzgün qiymət verərsə, "907-ci düzəliş"in ləğvi mümkün ola bilər".
Bunu Milli Məclisin Dağlıq Qarabağ bölgəsindən seçilmiş deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov bildirib.
Deputat deyib ki, Donald Trampın prezidentliyi hələ yenidi:
"Təbii ki, Azərbaycan tərəfi "907-ci düzəliş" sənədinin ləğvi məsələsini ən yüksək səviyyədə Tramp Administrasiyası qarşısında da qaldıracaq. Çalışacağıq ki, biz buna nail olaq. Ancaq bütün bunlar daha çox Donald Tramp və komandasının bu məsələyə münasibətindən asılıdır".
E.Məmmədov qeyd edib ki, "907-ci düzəliş" sənədi Azərbaycana qarşı çox ədalətsiz qərar olub:

"Ermənilər Azərbaycan ərazilərini işğal edib, bizə qarşı soyqırımları törədib, ancaq əvəzində cəzanı biz almışıq. Belə bir haqsızlıq və ədalətsizlik dünyada görünməmiş haldır".
Qarabağlı deputat bildirib ki, Donald Trampın dünya siyasətinə hansı təsirlərinin olacağı hələlik bəlli deyil:
"Bu gün Donald Tramp dünya siyasəti və ölkələri üçün hələlik kəsilməmiş qarpızdır. Yəni onun hansı siyasəti yürüdəcəyi hələ dünya ölkələrinə dəqiq məlum deyil. Hansı siyasətə üstünlük verəcək, hansı ölkələrlə isti, hansı ölkələrlə isə soyuq münasibətlər quracaq, nə dərəcədə ədalətli qərarlar qəbul edəcək, bunu heç kəs indidən dəqiq deyə bilməz".
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ əlaqələri daha çox inkişaf edə bilər.
Keçmiş nazir deyib ki, bu barədə ümidli olmaq üçün bəzi əsaslar var:

"Bilirsiz ki, Donald Trampın yəhudi lobbisi ilə sıx əlaqələri mövcuddur. Azərbaycanın da yəhudi lobbisi ilə ənənəvi yaxşı münasibətləri vardır.
Eyni zamanda Tramp Administrasiyasının enerji kampaniyalarına marağı böyükdür. Bu amillər ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün töhfə ola bilər".
T.Zülfüqarov Donald Trampın prezidentliyi dövründə "907-ci düzəliş" sənədinin ləğvinin mümkünlüyü məsələsinə də toxunub:
"İndiki mərhələdə Donald Trampın xarici siyasəti barədə konkret nə isə söyləmək bir qədər çətindir. Bir neçə aydan sonra onun xarici siyasətinin istiqamətləri müəyyən olacaq. Buna görə də Trampın xarici siyasətinin formalaşmasını gözləmək lazımdır. Ancaq indi "907-ci düzəliş" sənədi o qədər də aktual deyil. Çünki bu sənədin Azərbaycana qarşı olan mənfi məqamları aradan qaldırılıb. Hazırda "907-ci düzəliş" formal olaraq mövcuddur. Bu məsələnin aktuallığından irəli gələn addım olmalıdır".
Xatırladaq ki, "907-ci düzəliş" 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan sənəddir.
Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə ermənipərəst senator Con Makkeyn tərəfindən təklif edilsə də, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılıb.
Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb.
Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib.
ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Mənbə: publika.az
Tramp Azərbaycana qarşı "907-ci düzəliş"i ləğv edəcəkmi?Tramp Azərbaycana qarşı "907-ci düzəliş"i ləğv edəcəkmi?Tramp Azərbaycana qarşı "907-ci düzəliş"i ləğv edəcəkmi?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2004   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021