Eldar Mahmudov Azərbaycanın elə bir məmurunun telefon danışığını dinlətdirib ki...

Eldar Mahmudov Azərbaycanın elə bir məmurunun telefon danışığını dinlətdirib ki...Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Mərkəzi Bankın idarə heyətinin sədr müavini Aftandil Babayev tanınıb.

Aftandil Babayev istintaqa zərər çəkmiş şəxs qismində ifadəsində bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin sədr müavini işləyib, xidməti istifadəsində 4931196 nömrəli telefon olub: "Xidməti işimlə əlaqədar həmin telefondan istifadə etmişəm, danışıqlar aparmışam. Heç vaxt hüquq mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam və ya aparılmamışam. Mənə qarşı sözügedən nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib".

Cinayət işinin materiallarından görünür ki, Aftandil Babayevin 2015-ci il ərzində keçmiş MTN-nin əsas inzibati binasına və nazirlikdə vətəndaşların qəbulu otaqlarının yerləşdiyi inzibati binaya daxil olma və çıxma faktları müvafiq qeydiyyat jurnallarında mövcud deyil.

Məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 22 sentyabr 2015-ci il tarixdən keçmiş MTN-nin Əməliyyat-texniki idarəsində nəzarətə qoyulub.

Sifarişçi keçmiş MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini Füzuli Əliyev olub, əməliyyat-texniki tədbirin keçirilməsi ilə bağlı tərtib olunmuş 000774 saylı tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) "QƏTİ-2560" göstərilib.

Sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı əsasında dinləmə tədbiri həmin baş idarənin tərkibində Sübahir Qurbanovun rəhbərliyi ilə idarənin sabiq rəis müavini Füzuli Əliyevin yaratdığı "qrupun" icraatında olub. Qrupun üzvü olmuş Zaur Məmmədovun 24 sentyabr 2014-cü il tarixdə tərtib edərək imzaladığı qərarla QƏTİ-nin açılmasına səbəb kimi həmin vaxt icraatda olmuş S-258 nömrəli siqnal materialı göstərilib.

Baş idarənin sabiq idarə rəisinin müavini Zaur Məmmədovun 23 sentyabr 2014-cü il tarixdə tərtib edib imzaladığı S-258 siqnal işinə dair arayışda Aftandil Babayev və onun istifadə etdiyi telefon nömrələri barədə məlumat aşkarlanmayıb, Sübahir Qurbanov və Füzuli Əliyev tərəfindən də 23 sentyabr 2014-cü il tarixdə imzalanmış arayışda S-258 siqnalın açılmasına səbəb kimi Azad Səlimlinin və Əflatun Hacıyevin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşqul olmaları göstərilib.

Mənbə: Teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3296   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Sumqayıtda tanınmış iş adamı vəfat etdi

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, iş adamı insultdan vəfat edib. Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub

11 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -a bildirilib. Vurğulanıb ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

13 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşlar

13 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel