Obama ağladı - VİDA NİTQİ - FOTOLAR+VİDEO

Obama ağladı - VİDA NİTQİ - FOTOLAR+VİDEOABŞ prezidenti Barak Obama Çikaqo şəhərində vida nitqi söyləyib.
Dövlət başçısı 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə müvəffəqiyyətli olduğunu bildirib.
Obama "McCormick Place"də etdiyi çıxışında prezidentliyi Trampa "problemsiz bir şəkildə" təhvil verəcəyini söyləyib. "Obamacare" kimi tanınan səhiyyə islahatından Amerika iqtisadiyyatının 2008-ci ildəki maliyyə böhranından sonrakı yüksəlişinə qədər müxtəlif mövzulardan danışan Obama 8 illik rəhbərliyi dövründə ölkəni daha yaxşı vəziyyətə gətirdiyini deyib.
Xarici siyasətlə əlaqədar az danışmağa üstünlük verən ABŞ prezidenti dünyanın ən çox müzakirə etdiyi Suriya müharibəsinə heç toxunmayıb. Obama Yaxın Şərqlə əlaqədar problemlərdən də bəhs etməyib.
İŞİD terror təşkilatına qarşı aparılan mübarizədə təşkilatın bir çox liderini öldürdüklərini, beynəlxalq koalisiyanın əməliyyatları sayəsində təşkilatın əlindəki torpaqların yarısından çoxunun azad edildiyini deyib. Amerika lideri əminliyini ifadə edib ki, İŞİD terror qruplaşması dağıdılacaq.
"Amerikanı hədələyən heç kəs təhlükəsizlikdə olmayacaq", - deyə o, əlavə edib.
Prezidentliyi dövründə terrorla mübarizədə "qanuni çərçivə"də qalmağa çalışdığını vurğulayan Obama işgəncələrə son qoyduğunu, Quantanamo həbsxanasını bağlamaq üçün mübarizə apardığını və amerikalı müsəlmanlara qarşı ayrı-seçkilik edilməsinə qarşı çıxdıqlarını vurğulayıb.
ABŞ-ın Rusiya və Çin kimi rəqiblərindən üstün olduğunu deyən Obama qeyd edib ki, öz dəyərlərindən imtina etmədikləri müddətcə bu üstünlük saxlanılacaq.
Amerika lideri həmçinin ABŞ və dünyada demokratik dəyərlərin zəiflədiyini bildirib. Onun sözlərinə görə, demokratik dəyərlər vətəndaş və beynəlxalq müharibələrin təhdidi altındadır.
Xarici siyasətdə çox əhəmiyyətli problemlərlə üzləşdiyini qeyd edən prezident Kuba, İran və "Əl-Qaidə" lideri Üsamə Bin Ladin mövzularında müvəffəqiyyətli olduğunu bildirib.
Barak Obama öz postunu yanvarın 20-də tərk edəcək. Respublikaçı Donald Tramp ABŞ-ın yeni prezidenti olacaq.

Mənbə: publika

1

2 https://www.youtube.com/watch?v=iqnsMKr69Cw


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1309   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb. Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbə

23 aprel
.

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasını

23 aprel
.

Əsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə

22 aprel
.

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb. xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Meyiti tapılanlardan ikisi uşaqdır. Hadisə ilə bağlı araşdırmalara başlanılı

23 aprel
.

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsin

23 aprel
.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel
.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

Toydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ

Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni

24 aprel