"İlk gündə 40 hərbçi itirdik" — Aprel döyüşlərində sağ qalan erməni hərbçinin etirafı + VİDEO

"İlk gündə 40 hərbçi itirdik" — Aprel döyüşlərində sağ qalan erməni hərbçinin etirafı + VİDEOErmənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinə məxsus "Ermənistan Milli Qvardiyası" təşkilatının üzvlərindən olan Arşak Zakaryan erməni KİV-də və sosial şəbəkələrdəki hesabından 2016-cı ilin aprel ayında baş verən döyüşlər və itkilər barədə yazılar yazaraq Ermənistanın itkilərini ört basdır etməyə çalışır.

Ermənistan KİV-lərində yayılmış bir reportajda erməni hərbi qulluqçuları 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə itirdikləri canlı qüvvə və texnikaları özləri etiraf edirlər. Belə ki, hazırlanmış reportajda ermənilərin canlı qüvvə baxımından Azərbaycandan dəfələrlə zəif olması və Azərbaycanın sarsıdıcı zərbəsi nəticəsində çoxlu tələfatın olmasından bəhs olunur. Erməni zabit mayor Edqar Martirosyan Azərbaycan tanklarının onların əsgər saylarından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü bildirən əsgər Narek Nikoğosyan özünün döyüş postunda yeganə sağ qalan əsgər olduğunu bildirir. N.Nikoğosyan qeyd edir ki, atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik və ilk dəqiqələrdə artıq hərkəs öləcəyini bilirdi.

Aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün əsgər yoldaşlarının yaralanaraq məhv olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını bildirir.

Həmçinin video sujetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri göstərilir, onlar haqqında danışılır.

Qeyd edək ki, "Ermənistan Milli Qvardiyası" adlı təşkilatın daxilində, əslində isə Ermənistan təhlükəsizlik orqanları üçün çalışaraq yalan xəbərlər yayan Arsak Zakaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryan nə qədər gerçəkləri gizlətməyə çalışsalar da, həqiqət sonunda belə üzə çıxır.

mənbə: olke.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3045   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz

11 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel