Ermənilərdən növbəti oğurluq - Bu dəfə "Sən gəlməz oldun"a göz dikdilər

Ermənilərdən növbəti oğurluq - Bu dəfə "Sən gəlməz oldun"a göz dikdilərMüəllif Hüquqları Agentliyi ermənilərin növbəti əqli mülkiyyət oğurluğu haqqında məlumat yayıb.

Rusiyanın "Telekafe" kanalında yayımlanan "Путешествие за вкусом" verilişinin 2017-ci ilin 08 yanvar tarixində efirə gedən "erməni mətbəxinə" həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun" mahnısının musiqisi fon musiqisi kimi səslənmiş və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradıb.

"Sən gəlməz oldun" adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə. Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan "Sən gəlməz oldun" mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınmışdır və Azərbaycan musiqi kimi tanınır.

Bütün arxiv sənədlərindən də göründüyü kimi, "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.

Rusiyada aşkar olunan "the art of armenian duduk" ("Maqiçeskiy Duduk") adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin "Sənə də qalmaz", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Cahangir Cahangirovun "Ay qız", Emin Sabitoğlunun "Neyləyim", Ələkbər Tağıyevin "Sən gəlməz oldun", Eldar Mansurovun "Melodiya" və "Gecə zəngləri" kimi məşhur musiqi əsərləri vardır.

Bununla yanaşı lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi "yaxşı erməni musiqisi" adı altında təklif olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: "Tı ne prişla", "Svetlovolosaya nevesta", "Ne prişla", "Lirika", "Ayvovıy tsvetok" ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə Ə.Tağıyevin "Sən gəlməz oldun" mahnısından, "Sarı gəlin", "Gəlmədin" Azərbaycan xalq mahnılarından, "Mirzeyi" və "Heyva gülü" Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.

Ələkbər Tağıyevin vərəsəsi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C. Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib.

Ümumiyyətlə Ə. Tağıyevin "Sən gəlməz oldun" mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi "Byanka" adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi "Soqdiana" adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə. Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun" mahnısının musiqisindən qeyri-qanuni istifadə etmişdilər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirmiş, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.

Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılmış, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.

Mənbə: bakipost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1019   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021