"AzTV və İctimai tv dəyişməlidir"- deputatlar telekanalları RÜSVAY ETDİ

"AzTV və İctimai tv dəyişməlidir"- deputatlar telekanalları RÜSVAY ETDİMillət vəkilləri yerli televiziyaları cəmiyyətə mənəvi zərbə vurmaqda ittiham ediblər

Televiziyalar düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül, bayağı, dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi müflis olacaqlar.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Professor hesab edir ki, televiziyalarda ümumi səviyyəni qaldırmaq lazımdır:

"Bütün verilişlər çox bərbad vəziyyətdə olduğunu deyə bilmərik. Əlbəttə, bəzən yaxşı verilişlər də olur. Ancaq ümumi götürdükdə keyfiyyətsiz verilişlərin sayı daha çoxdur və bu artır. Bu isə daha çox müğənnilərin və özünü göstərməkdə xüsusi marağı olan müəyyən zümrələrin aparıcılığından qaynaqlanır. Məhz bunun qarşısını almaq lazımdır. Ona görə də ictimai müzakirə vacibdir və bu proses gedir. Bu və ya digər televiziya, veriliş hər zaman ictimai müzakirə obyekti olur. Bundan imtina etmək lazım deyil, bu, bir inersiya, yəni təbii şəkildə gedən müzakirə prosesləridir. Çıxış yolu ondadır ki, hər bir televiziya öz veriliş və proqram siyasətini müzakirə etməli və peşəkarlıq səviyyəsini artırmalıdır. Bunun üçün hər cür şərait var. Televiziyalar bu gün Azərbaycan cəmiyyətinin səviyyəsi və maraqları ilə, eləcə də dünya televiziyaları ilə müqayisələr apararaq öz veriliş siyasətlərinin keyfiyyətinə nəzarət edə bilərlər. Televiziyalarda dilin səviyyəsi verilişlərin xarakteri ilə bağlıdır. Yəni verilişlərdə bayağılıq, yüngüllük olacaqsa, istər-istəməz dil də korlanacaq. Dil təfəkkür və ictimai şüurla bağlıdır. İlk növbədə bu məsələdə əsas yük televiziyaların üzərinə düşür. Heç zaman düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül və bayağı, dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi baxımdan iflas olacaqlar".

Millət vəkili Aydın Mirzəzadə də bir-iki kanalı çıxmaqla, televiziyalarımızdan böyük narazılığını ifadə edib:

"Çox təəssüf ki, toyxana əhval-ruhiyyəli verilişlərin sayı durmadan artır. Gənclərimizi tarix, mədəniyyət, elm və inkişafa səsləyən verilişlər əvəzinə, cəmiyyətdə nüfuzu olmayan insanlara saatlarla vaxt ayrılır. Çox bayağı mövzular ortaya atılır. Əgər bu, vəsait qazanmaq və yaşamaq uğrunda mübarizədirsə, həmin pullar cəmiyyətin mənəviyyatına vurulan zərbə nəticəsində əldə edilir. Yox əgər həyatı real olaraq göstərmək istəyirlərsə, niyə görkəmli ziyalı və tarixi şəxsiyyətləri və bəşəriyyəti inkişafa aparan mövzular barədə verilişlər görmürük?

Hesab edirəm ki, hər bir telekanal müstəqil siyasət yeritmək hüququnu qorumaqla yanaşı, cəmiyyətin inkişafına kömək barədə də düşünməlidir. Təəssüf ki, telekanallar özlərinin proqram siyasətində dəyişiklik aparmırlar, ancaq əyləncəli verilişlər çoxluq təşkil edir. Bu problem bütün televiziyalarda strateji məsələ kimi müzakirə olunmalı və bundan nəticələr çıxarılmalıdır".

Millət vəkili Fazil Mustafa bildirib ki, televiziyalarda tok-şouların sayı artırılarsa, müzakirə və siyasi debatlar çoxluq təşkil edərsə, bu gün efiri dolduran bayağı verilişlər özü gündəmdən çıxar:
"Məncə, problemin həlli üçün tamam başqa bir variant tapılmalıdır, alternativlər artmalıdır ki, bütövlükdə televiziya məkanı hazırkı mənasız verilişlərdən azad olsun. Son zamanlar bir neçə maraqlı veriliş var ki, onları izləyirəm. İnsanların faydalana biləcəyi bu cür verilişlərin sayı artırılmalıdır. Onda bazar iqtisadiyyatında necədirsə, televiziyaların da rəqabət mühitində mənasız verilişlər avtomatik olaraq gündəmdən çıxacaq"

Millət vəkili Asim Mollazadə dəfələrlə bu mövzu ilə bağlı televiziyalara öz iradlarını bildirdiyini qeyd edib:
"Azərbaycanda televiziyalarının aşağı peşəkarlıq səviyyəsi təəssüf doğurur. Hesab edirəm ki, artıq bu istiqamətdə müəyyən addımlar atılmalı, çox ciddi işlər görülməlidir. Bu, ilk növbədə, İctimai Televiziyaya və AzTV-yə aiddir. Baxmayaraq ki, ən az qüsur onlardadır, ancaq hesab edirəm ki, onların kadr potensialı və imkanları efir gündəmini müəyyənləşdirməkdə liderlik etmələri üçün daha genişdir. Mənə elə gəlir ki, ilk olaraq onlar köklü dəyişikliklərə başlamalıdırlar".

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva son zamanlar televiziyalarda bayağı verilişlərin getdikcə artmasını sərt tənqid edib, gəncləri bu cür proqramlardan uzaq durmağa, elmə, təhsilə daha çox vaxt ayırmağa çağırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2316   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021