Şəmkirdə direktorla müəllimənin BİABIRÇILIĞI: Məktəbdə porno film çəkiblər

Şəmkirdə direktorla müəllimənin BİABIRÇILIĞI: Məktəbdə porno film çəkiblərŞəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. Belə ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: "Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş, öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən "reketçiliklə" pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar.

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi".

Musavat.com məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxlayıb. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib.

Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: "Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam.

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun "oynaşları" var. Onların yazışmalarını tutmuşam. Beləliklə onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər.

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən "nəsə" istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…"

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: "Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram". (musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12965   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021