Avtobusda sürücünün zorladığı azərbaycanlı müəllimə: "Sakit duracaqsan, yoxsa səni .."

Avtobusda sürücünün zorladığı azərbaycanlı müəllimə: "Sakit duracaqsan, yoxsa səni .."Ötən həftə Ankarada avtobus marşrutunda sürücü tərəfindən zorlanan azərbaycanlı qadın S. (ad və soyad açıqlanmır) yaşadığı dəhşətlə bağlı müsahibə verib.

- Həyatda qalmağınız möcüzədirmi?
- Kaş öləydim. Hər kəs "Şükür et, sonun Özgecan (Türkiyədə zorlanaraq öldürülən yeniyetmə qız) kimi ola bilərdi" deyir. Amma həyatda olduğuma sevinə bilmirəm. Çünki mənə təcavüz edən şəxsi hələ də qoruyanlar, belə bir dəhşəti müdafiə edənlər var.

- Siz həmişə o marşrutdan istifadə edirdiniz?
- Bəli. Son dayanacaq Ticarət Mərkəzinin yanıdır. Orada düşürəm, 200-300 metr ayaqla gedirəm. çünki mənim yaşadığım küçəyə avtobus getmir. Həmin gün də piyada getmək istəyirdim. Gördüm ki, bir avtobus dayanıb. Hava soyuq idi. Soruşdum ki, o tərəfə gedirsiniz. "Bəli" dedi, mən də mindim. Avtobusun boş olduğunun fərqinə varmadım. Qapıya yaxın bir yerdə oturdum, çünki tez düşəcəkdim. Sürücünün üzünə də baxmadım.

- Nəsə hiss etdinizmi?
- Yox. Çünki minərkən avtobusdan iki nəfər düşürdü. Arxa tərəfə baxmadım. Düşəcəyim yerə çatanda "burada düşə bilərəm?" deyə soruşdum. Dayanmadı. Çaşıb qaldım. Qapını açmağı üçün qışqırdım. O avtobusu qaranlıq bir yerdə saxladı. Mənə hücum etdi. Üzünü belə görmədim. Təcavüz edərkən üzünü gördüm. İki əli ilə boğazımı sıxırdı. "Evlisən?" deyə soruşdu. Sonra da adımı soruşdu. Mən cavab vermirdim. Özümü qorumağa çalışırdım.

- Nə düşünürdünüz?
- Fikirləşirdim ki, bu adam məni öldürəcək. Uşaqlarımı düşünürdüm. Onlara kim baxacaqdı. 37 yaşındayam. Bu yaşımda ölmək istəmirdim. Boğazımı sıxdığı üçün özümdən getdim.

- Sonra nə oldu?
- Özümə gəldiyimdə üzərimdəydi. Mənə təcavüz edirdi.

- Necə xilas oldunuz?
- Gözlərimi açanda o da təəccübləndi. Üzünü o vaxt gördüm. Dedi ki, "sakit duracaqsan, yoxsa səni öldürərəm". Dedim ki, heç kimə heç nə deməyəcəm. Amma niyə belə elədiyini də soruşdum. Dedi ki, "sən gözəlsən". Mən də dayanmadan dua edirdim, yalvarırdım. Ağlıma Özgecan cinayəti gəldi. Ölmək istəmirdim.

Qeyd edək ki, bu hadisə yanvarın 4-də axşam saat 23:30-da baş verib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1505   Tarix: 12 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021