Polad Həşimovun bacısı ilk dəfə açıqladı: "Son danışığımızda dedi ki..." - VİDEO

Polad Həşimovun bacısı ilk dəfə açıqladı: "Son danışığımızda dedi ki..." - VİDEO"Bu gün biz bura şəhidlərimizin anım mərasiminə yığışmışıq. Bu gün bir daha əmin oldum ki, şəhidlərimiz heç vaxt unudulmayacaq. Çünki bizim xalqımız vəfalıdır".

Sonxeber.az musavat.com-s istinadən xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. O bildirib ki, xalq xiyabana axışaraq şəhidlərə vəfa borcunu yerinə yetirir.

"27 sentyabr şəhidlərimizin sevdiklərinə sonuncu dəfə sarıldığı gün idi. İyul ayının 14-də Polad Həşimov şəhid olduqdan sonra millət ayağa qalxdı. 44 günlük müharibə ilə vətənin bütövlüyünə qovuşduq. Biz bu bütövlüyü xiyabanda yatan şəhidlərimizə və qazilərimizə borcluyuq.

27 sentyabr ağır və qürurlu bir gündür. Əzizinin soyuq daşına sarılmaq acı bir şeydir. Amma torpaqlarımız azaddır, bayraqlarımız dalğalanır. Azərbaycan yaşadıqca bizim şəhidlərimiz də yaşayacaq.

Hər kəs şahiddir ki, Polad şəhid olduqdan sonra bütün xalq onun necə qəhrəman olduğunu bildi. Mən qardaşımla qürur duyuram. Bu, ağır itkidir. Kaş ki, Polad bu gün sağ olardı və ordunun quruculuğunda iştirak edərdi.

Qardaşımla sonuncu dəfə iyulun 10-da danışdım. Elə bil ki, ölümünü hiss etmişdi. Bir az başqa duyğuda idi. Əvvəlki kimi şən deyildi. Daha sonra anamla danışdı. İyulun 11-i isə son əlaqəmiz oldu. Ağır itkidir. Heç bir bacıya qardaşının məzarını qucaqlamağı arzulamıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 423   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yayılan infeksiyalar uşaqların səhhətinə və təhsilinə necə TƏSİR EDİR? - VİDEO

Son vaxtlar məktəblərdə şagirdlər arasında səpgili infeksiya müşahidə olunur. Bu vəziyyət şagirdlərin səhhəti ilə yanaşı, məktəbdəki davamiyyətləri üçün problem yaradır. xəbər verir ki, İTV-nin əməkdaşları sakinlər arasında sorğu keçirib. Paytaxt sakinləri mövcud vəziyyətdən narahatdırlar. Həkimlər bildirirlə

27 sentyabr
.

Bu yolda da hərəkət məhdudlaşdırılır

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, 30 sentyabr saat 06:00-dan etibarən Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobi

27 sentyabr
.

"Biz zəfərlə elə yeniliklər yaratdıq ki, hələ də qələbəmiz dillərdə dastandır"- DEPUTATDAN AÇIQLAMA

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfl

27 sentyabr
.

Bakı həbsxanasında daha bir ÖLÜM

Azərbaycanda həbsxanada ölüm hadisəsi olub. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada saxlanılan məhkum 54 yaşlı Mustafayev Feruz Damət oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbindən öldüyü bildirilir

27 sentyabr
.

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb

27 sentyabr
.

Göygöldə dəhşət - Atalığı 2 yaşlı uşağı döyüb yandırdı - Foto

Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. "Qafqazinfo"nun məlumatına görə, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur. Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Göygöl RPŞ-nin narkoti

27 sentyabr
.

"Hər bir döyüşçü özündən əvvəl döyüş yoldaşını düşünürdü" - VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI

Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində minlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində vətənimiz düşmən tapdağındam azad edildi. Amma təəssüf ki, bu yolda itkilərimiz d

27 sentyabr
.

"27 sentyabr, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gündür" - DEPUTAT

"27 sentyabr, Azərbaycan üçün xüsusi bir tarixdir. Bu gün, 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsi ilə əlaqələndirilir". Bunu -a danışan deputat Şahin Seyidzadə bildirib. Deputat qeyd edib ki, bu müharibə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Dağlıq Qarabağ bölgəsindək

27 sentyabr
.

265 nömrəli tam orta məktəbin "2ç" sinfində Anım Günü qeyd edilib

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olara 265 nömrəli tam orta məktəbin "2ç" sinifində Anım Günü qeyd edilib

27 sentyabr