Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılıb…
XALQ.AZ xəbər verir ki, Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi.
Xüsusi təmtəraq və təqdimatla himayədarları tərəfindən vəzifəyə gətirilən, ictimaiyyətə savadlı, yenilikçi və şəffaf kadr kimi təqdim olunan yeni sədrin fəaliyyətində Hesablama Palatasının ciddi nöqsanlar aşkarlaması və bu barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etməsi Araz Paşayevin əsas himayədarı olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Rüfət Mahmudu çətin vəziyyətə salıb.
Əldə etdiyimiz məlumata görə Rüfət Mahmud Araz Paşayev barədə yuxarılara verdiyi əla təqdimata görə qınanılıb.
Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı bacarıqsızlığı onun Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına necə rəhbərlik edəcəyini ciddi sual altına alıb.
Məlumata görə Elm və Təhsil nazirliyinin rəhbərliyi və digər aidiyyatı qurumlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yeni sədri barədə heç də ürəkaçan fikirdə deyillər. Onlar Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı uğursuz fəaliyyətinin İttifaqda da təkrarlana biləcəyindən narahatlıq keçirir, dəfələrlə tədbir və iclaslarda bunu Rüfət Mahmudin diqqətinə də çatdırıblar.
Qeyd edək ki, Araz Paşayev Təhsil Tələbə Krediti Fondunda əvvəl hüquqi ünvanı Rüfət Mahmuda məxsus mənzildə qeydiyyatda olan "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub.
Bu şirkət bir çox dövlət qurumlarında dəyəri milyon manatlarla ölçülən tenderlərdə qalib elan edilib./Poliqon.info
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 718 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Tapılan qızlar sığınacağa yerləşdirildilər
Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 yeniyetmə qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bu barədə APA-ya açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmal
27 aprelAzərbaycan XİN İrana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib. xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesabında məlumat yayıb. "İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib. Həlak olanların ailələrin
27 aprelZəlzələ ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ: "Çox təhlükəlidir"
"İstanbulda daha zəlzələ olmayacağını demək çox təhlükəlidir". xəbər verir ki, bu sözləri türkiyəli professor Şükrü Ersoy CNN TÜRK-ə açıqlamasında deyib. O qeyd edob ki, Mərmərədə zəlzələ qitələrarası problem yaradacaq:. "Mən deyirəm ki, Mərmərədə zəlzələnin qitələrarası problem yaradacaq
27 aprelTapılan yeniyetmə qızın xalası: "Ailə qurmaq üçün evdən qaçıb"
Bakıda itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan 2008-ci il təvəllüdlü H.A. və 2007-ci il təvəllüdlü H.R. ilə bağlı təfərrüat məlum olub. Qızlardan birinin xalası Baku TV-yə açıqlamasında bildirib ki, itkin düşən yeniyetmə qızlar Maştağa ərazisindən tapılıblar:. "Onlar bir qadını
27 aprelMəktəblərdə son tətil başlayır - BU TARİXLƏRDƏ
Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili 5 günlük (1-5 may) başlayacaq. -in məlumatına görə, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbini
26 aprel"28 Mall"a giriş bağlandı
"28 Mall" Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, texniki səbəblərə görə "28 Mall" Ticarət Mərkəzində işıqlar sönüb. "Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqət
27 aprel