Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı... - VİDEO

Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı... - VİDEOUkraynanın strateji postlarında çalışan azərbaycanlıların sayı getdikcə artır. Onlardan biri də əslən İmişlidən olan Samir Əhəd oğlu Sadıqovdur.Latviyada anadan olan Samir Sadıqov hazırda Kiyev şəhərinin Şevçenko rayonunun prokuroru vəzifəsində çalışır.

O deyir ki, müharibə başlayandan bəri şəhər dəfələrlə raket hücumlarına məruz qalıb:

"Dəhşətli raket hücumları altında xidməti vəzifələrimizi yerinə yetirməyə davam edirik. Prokurorluq olaraq işimiz ağırlaşıb. Biz, prokurorlar kimi, raketlərin düşdüyü yerlərə gedirik. Bütün bunlar müvafiq protokollarda qeyd olunur və məlumatlar Vahid Məhkəməyə Qədər İstintaq Reyestrinə daxil edilir."

Kiyevdə yaşayan digər həmyerlimiz, əslən Naxçıvandan olan Şamil Fərəcov da Ukrayna dövlətində vəzifə sahibi olan azərbaycanlılardandır. O, Kiyev meriyasında çalışır və Azadlıq Partiyasının idarə heyətinin üzvüdür:

"Ukraynada özünü dövlət xadimi kimi formalaşdırmaq üçün mənim yolum artıq tələbəlik illərindən başlayıb. Siyasətdə özümü sınamağa başladım. Azadlıq Partiyasının fəal fiquruyam. Partiyada yeganə azərbaycanlı mənəm. İndi Kiyev şəhərinin Ərazi Nəzarəti Departamentində Abadlaşdırma Nəzarəti Müfəttişliyinin rəis müavini vəzifəsində işləyirəm. Hazırda bildiyim qədər 200 gənc azərbaycanlı Ukraynada müxtəlif dövlət qurumlarında çalışır. Onlardan 15 nəfəri rəhbər vəzifələrdədir. Mən isə gələcəkdə Ukrayna prezidenti olmaq istəyirəm".

Daha ətraflı Baku TV-nin sujetində:

Qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 927   Tarix: 26 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan-Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır" - Səidə Şəfiyeva

İctimai informasiyanın düzgün şəkildə çatdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi mövzusunda təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumunda Gürcüstandan 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir. xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsini

5 dekabr
.

"D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir" - Yalçın Rəfiyev

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq. xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu mərkəzlər D-8 təşkilatı çərçivəsində daha sıx əməkdaşlı

6 dekabr
.

Əbülfəs Qarayevin "biznes imperiyası": Hotel, balıq, neft... (SİYAHI)

Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi ilə bağlı araşdırma ilə çıxış edib. Qaynarinfo-nun məlumatına görə, Cavanşir Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmırmış

6 dekabr
.

Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq

Astara və Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək. xəbər verir ki, bu barədə İqtisadiyyat.az Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib. Məlumata görə, həmin kateqoriyadan olan şəxslərə bu istiqamətdə həyata keçirilən işlər çərçivəsind

6 dekabr
.

SEVİNDİRİCİ XƏBƏR! Gələn il pensiyalar bu qədər artacaq

"Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardak

7 dekabr
.

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib. "Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasə

6 dekabr
.

Bu şəxslərə mənzil veriləcək

Astara və Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək. xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib. Məlumata görə, həmin kateqoriyadan olan şəxslərə bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Astarada 22 ədəd birotaql

6 dekabr
.

"Suad bu yolu seçibsə, söyüşləri də qəbul etsin..."

"Suad Qarayeva bu yolu seçibsə, söyüşləri, qınaqları da qəbul etsin. Səfasını görürsə, cəfasını da çəksin. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu "Məhsəti" qısametrajlı filminin yaratdığı müzakirə ilə bağlı -a açıqlamasında deyib. O bildiri

5 dekabr
.

Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu keçirilir

Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu təşkil olunub. xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlə

6 dekabr