Qarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEO

Hər qanlı döyüşlərdən sonra Şuşa, Xankəndi hospitalları meyitlərlə dolur

Ermənistan silahlı qüvvələri 2016-cı ilin yalnız 2-5 aprel tarixlərində aparılan döyüşlərdə böyük itkilərə məruz qalıb.

320-dən artıq hərbçi məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edilib.

Həmin dövrdə Ermənistandan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə itirdiyi əraziləri geri qaytarılmasına dəfələrlə cəhd göstərilsə də, erməni tərəfi hər dəfə tutarlı cavab alaraq geri oturduldu.

2-5 aprel tarixləri istisna olmaqla 2016-ci il ərzində düşmən tərəfi 80 nəfər ölü, 110 nəfərə yaxın yaralı olaraq itki verib. Cəmi 2016-cı il ərzində düşmən tərəf 400-dən artıq ölü və 700-dək yaralı verib.

Azərbaycan Müdafiə Nazirliyinin son aylarda erməni diversiya qrupunun məhv edilməsinə dair yaydığı videolardan da görünür ki, qarşı tərəf xeyli itki verir, amma bunlar açıqlanmır.

Ötən gün də düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib. Bunu Ermənistan MN də təsdiqlədi. Nəzərə alsaq ki, zirehli texnikanın ekipajı minimum 3 nəfərdən ibarətdir, deməli itkilər də var.
ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır.

İrəvanda əsgər analarının etirazları fonunda Sarkiyan hakimiyyətinin çoxsaylı itkiləri gizlətməsi maraq doğurmaya bilməz.

İlk olaraq onu qeyd edək ki, Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu Ermənistanın 49 min 100 nəfərlik orduya malik olduğunu yazıb. Həmçinin Ermənistanın 210 minə yaxın ehtiyat qüvvəsi var. Lakin işğal olunmuş Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin sayının nə qədər olduğu barədə belə məlumat yoxdur.

Ermənistan prezidenti Serj Sarkisyan 2014-cü ildə verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirdikləri hərbi təlimlərə 70 min əsgər cəlb edilib. O, 40 min əsgərin Ermənistan ordusuna, 30 min əsgərin isə "Dağlıq Qarabağ ordusu"na aid olacağını iddia eləmişdi.

Erməni mətbuatı isə bu rəqəmlərin şişirdildiyini bildirmişdi və "Dağlıq Qarabağ ordusunun" sayının 18-20 min arasında dəyişdiyini yazmışdı

Azərbaycanın müdafiə naziri Zakir Həsənov dəfələrlə bəyan edib ki, Ermənistan hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan – Livandan, Suriyadan olan muzdluları cəlb edir.
Yeri gəlmişkən erməni mediasında yazılan hərbi xarakterli məqalələrdən isə aydın olur ki, işğalçı erməni silahlı qüvvələrində xeyli sayda hərbçi var ki, uşaq evlərindən birbaşa orduya cəlb edilib. Qoşunların təmas xəttinə yerləşdirilən kimsəsiz hərbçilərin sayı isə ictimaiyyətdən gizli saxlanılır.

Erməni mediası isə uşaq evlərindən orduya cəlb olunan gənclərin sayının kifayət qədər olduğunu və onların ömürlük silahlı qüvvələrdə xidmət keçdiyini bildirib.

Erməni mediasının bu iddiasında kifayət qədər əsaslar var.

Məsələn, UNİCEF-in açıqladığı rəqəmlərə diqqət edək: Ermənistanda 2014-ci ildə dövlət hesablı 10 "uşaq evi"nə 4900 uşaq daxil olub. Və bu uşaqların 80 faizinin valideynlərindən biri yaşayır. Fikir versəniz burada sadəcə 10 "uşaq evi"ndən və valideynlərindən biri yaşayan uşaqlardan söhbət gedir. Əgər biz 4900 rəqəminin üzərinə hər iki valideynini itirmiş uşaqların sayını da gəlsək böyük bir rəqəm ortaya çıxar.

rmənistan Statistika Xidmətinin 2014-ci ildə açıqladığı məlumatda isə deyilir ki, həmin ildə rəsmi şəkildə cəmi 50 uşaq yetimxanalardan ailələrə verilib. Bu isə ağır-iqtisadi vəziyyətin hökm sürdüyü Ermənistanda valideyn himayəsindən məhrum xeyli uşaq olduğunu və yetkinlik yaşına çatdıqda isə onların gələcək taleyinin hərbiyə bağlandığını göstərir.

"Uşaq evləri"ndən qeyri rəsmi şəkildə buraxılan və hərbi xidmətə cəlb olunan gənclərin böyük əksəriyyətinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə yerləşdirildiyi şübhə doğurmur. Erməni mediası yazır ki, uşaq evlərindən orduya cəlb edilən gənclərin cinsinə belə fikir verilmir. Belə ki, qadınlar erməni ordusunda müxtəlif işlərə cəlb edilir.

Məlumata görə, erməni silahlı qüvvələrində müddətdən çox xidmət edən hərbi qulluqçular arasında uşaq evlərindən çıxmış gənclər böyük üstünlük təşkil edir. Beləliklə də qoşunların təmas xəttində böyük itkilər verən Ermənistan ordusu ölən əsgərlərin sayını çox rahat şəkildə gizlədə bilir. Cinayətkar Ermənistan rejimi bununla silahlı qüvvələrin ehtiyacları üçün də az vəsait xərcləyir.
Bundan başqa, Sarkisyan rejimi məhz Dağlıq Qarabağda yaşayan əhalini pul müqabilində cəbhə xəttində yerləşən postlara cəlb edir. Çünki Qarabağda yaşayan gənclər Ermənistanda deyil, Dağlıq Qarabağ separatçı rejimində qeydiyyatda olurlar.

Bu isə onu deməyə əsas verir ki, erməni silahlı qüvvələrində olan muzdlular və "uşaq evləri"ndən məcburən orduya cəlb edilən kimsəsizlər öldürüldükdə Sarkisyan rejimi onları rahatlıqla ictimaiyyətdən gizlədə bilir. Diqqət yetirsəniz, qarşı tərəf hər dəfə itkilərini açıqlayanda yalnız Ermənistanda qeydiyyatda olan əsgərlərin adını açıqlamağa məcbur olur.

Yəni erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, dünyanın müxtəlif qaynar nöqtələrindən gətirilən erməni əsilli muzdluların ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır.

Bundan başqa, ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma halı kimi qələmə verirlər.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində bildirdi ki, cəbhədə hər dəfə döyüşlər baş verəndə Ermənistan silahlı qüvvələri xeyli itki verir, lakin müxtəif yollarla bunu gizlədirlər.

"Ötən ay baş vermiş döyüşlərdə təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa başlayacaqlar. Onların öz itkilərini gizlətməsi çox asandır. Bir ucu Şuşa, Xankəndi, digər işğal altında olan ərazilərimizdəki səyyar tibb məntəqələrində onlar öz yaralı və meyitlərini saxlayır, sonra isə onları ya İrəvana, ya da digər şəhərlərin xəstəxana və hospitallarına təxliyyə edirlər", - deyə polkovnik-leytenant bildirib.

Artıq dünəndən etibarən ermənilər itkilərini özlərinəməxsus şəkildə bir-bir açıqlamağa başlayıblar. Belə ki, Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin pozulması nəticəsində bir erməni əsgərinin öldüyü barədə xəbər yayılıb.

Mənbə: istipress

Qarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEOQarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEOQarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEOQarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEOQarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEOQarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri - VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6318   Tarix: 02 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021