Rusiyadan Qarabağ proqnozu

Rusiyadan Qarabağ proqnozuRusiyalı siyasi müşavir Sarkisyanın savaşdan başqa şans qoymadığını deyib

Son vaxtlar Dağlıq Qarabağda baş verən qanlı toqquşmalar Rusiya politoloqlarının, tanınmış şəxslərinin diqqət mərkəzindədir. Onlar Ermənistanı münaqişə zonasında gərginliyi artırmaqda, danışıqlar masasına oturmamaqda günahlandırırlar.

Bu dəfə rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov "Vestnika Kavkaza" saytına müsahibəsində Ermənistanın ötən il baş verən Aprel müharibəsindən ciddi nəticə çıxarmadığını bəyan edib.

Onun sözlərinə görə, 11 ay əvvələ qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün real perspektivlər var idi.

"Beynəlxalq vasitəçilər tərəflərin ortaq məxrəcə gəlməsi üçün böyük səy göstərdilər. Lakin payız aylarından sonra Ermənistanın danışıqlar masasından yayındığının şahidi olduq. İrəvanın danışıqları deyil, gərginliyi artırmaq yolunu seçməsinin kuliminasiya nöqtəsi ötən ay Dağlıq Qarabağda keçirilən "referendum" oldu. Bu geriyə dönüşü olmayan addımdır. Çünki rəsmi Bakı terrorçu "Artsax"la (Dağlıq Qarabağ – red.) heç vaxt danışıqlar aparmayacaq. Bunu birmənalı şəkildə mərhum prezident Heydər Əliyev və indiki prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Bundan sonra yalnız müharibə. Rəsmi İrəvanın günahı ucbatından Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli şansı qalmadı", - Oleq Kuznetsov bildirib.

Siyasi müşavir bundan sonra Qarabağda lokal döyüşlərin sayının artacağını, hətta cəbhədə aviasiya qüvvələrindən istifadə olunacağını qeyd edib.

"Görünən odur ki, hazırda artilleriya döyüşləri gedir, iri çaplı silahlar və pulemyotlardan istifadə olunur. Növbəti dəfə ağır hücum silahları işə düşəcək və mümkündür ki, cəbhədə aviasiya qüvvələrindən istifadə olunsun. İndi vəziyyət aprel müharibəsinin təkrarlanmasına doğru gedir. O vaxt da yanvar ayından Qarabağda, iki dövlətin sərhədində gərginlik artmağa başlamışdı", - ekspert bildirib.

"İşğal olunmuş rayonların azad edilməsi, qaçqın və məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılması üçün diplomatik görüşlərin keçirilməsini nə stimullaşdıra bilər?" sualına Oleq Kuznetsov belə cavab verib:

"Hesab edirəm ki, bu prosesdə artıq xaricdən stimul lazım deyil, çünki doplimatlar bütün təkliflər arsenalını ortaya qoyublar. Rəsmi Bakının İrəvanla "referendum"dan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparacağının mümkünlüyünə inanmıram. Üstəlik, Sarkisyan yeni bəyanat verdi ki, Ermənistan Qarabağdan imtina etməyəcək. "Dağlıq Qarabağ respublikası" danışıqlar obyekti kimi mövcud deyil, hətta bu qondarma respublkanı heç kim tanımır, Ermənistanın özü də. Artıq bu münaqişənin bir həll yolu qalır – müharibə. Sülh danışıqlarının davam etməsi üçün Ermənistan silahlı bölmələri bütün işğal olunmuş torpaqları tərk etməlidir, münaqişənin nizamlanmasının başqa yolu yoxdur".

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6708   Tarix: 02 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel