Məcburi köçkün yataqxanasında baş verən qətlin ŞOK TƏFƏRRÜATI - FOTOLAR

Bu gün gecə saatlarında Xətai rayonu Neapol küçəsi 24 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında qətl hadisəsi baş verib. Belə ki, Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Şükürovu şişlə öldürüb.

Hadisə ilə bağlı daha detallı məlumat əldə etmək üçün yuxarıda qeyd olunan ünvana yollandıq.

Öncə qeyd edək ki, qətl hadisəsinin baş verdiyi yataqxana Sovet dövründən qalma yarımçıq tikilidir. Burada məskunlaşan məcburi köçkünlər bu yarımçıq tikilini müəyyən qədər bərpa edib, yaşamaq üçün qismən yararlı vəziyyətə salıblar.

Müşahidə etdik ki, qətlin baş verdiyi ərazidə heç bir yas çadırı qurulmayıb. Heç qonşular da gözə dəymirdilər. Yaxınlaşdıqda qətlə yetirilən Müşfiq Şükürovun mənzilindən bir qədər kənarda, torpaq üzərindəki qan izlərini gördük. Müşfiq Şükürovun mənzilinin isə qapısı bağlı idi.

Qonşu binanın sakinləri musavat.com-a bildirdilər ki, qətlə yetirilən Müşfiq Şükürov psixi baxımdan bir qədər problemli insan olub. Eyni zamanda onun içkiyə meylli olduğunu da öyrəndik.

Qonşuların sözlərinə görə, Müşfiq Şükürov tez-tez müxtəlif şəxslərlə dava edirmiş. Buna görə də demək olar ki, hər ay yolu polis şöbəsindən keçirmiş: "Ancaq onu da qeyd edək ki, Müşfiq çox gözəl maşın ustası idi. Bu ərazidə onun kimi gözəl maşın ustası yox idi. Özü, özünün axırına çıxdı. Bütün günü içirdi. İçdiyi üçün də hər kəsə bir söz atırdı. Müşfiqi Səxavət öldürməsəydi də axırı kimsə öldürəcəkdi. Bu ərazidə hər kəsi bezdirmişdi. Özü də tez-tez polisə düşürdü. Daha dalaşmadığı adam qalmamışdı. Ancaq Səxavətlə bağlı bir söz deyə bilmərik. Deyirlər ki, o da bir qədər psixi baxımdan problemli adam idi. Lakin biz onun hansısa pis hərəkətini görməmişik. Daha Müşfiqlə qonşu olan adam psix olmasın nə etsin ki? Bu binada demək olar ki, hər kəs sakit adamdır. Təkcə Müşfiq dəli-dolu idi, onun da axırı bu cür oldu".

Bir qədər sonra Müşfiq Şükürovun yaşadığı yarımçıq tikilinin sakinləri də gəldilər. Adının açıqlanmasını istəməyən qonşular hadisədən bir neçə saat öncəni aşağıdakı kimi xatırladılar: "Dünən axşam saatlarında gördük ki, Müşfiq düşüb həyətə qışqırır. Səsi-küyü ətrafı götürmüşdü. Deyirdi ki, mənim işığımı kimsə kəsib. Elektrik xətlərini kəsən adamı axtarır, söyüş söyürdü. Ümumiyyətlə, Müşfiq səsli-küylü adam idi. Camaat gecəyarısı bunun səsinə oyanırdı. Özü də qışqırmayanda televizorun, maqnitofonun səsini yüksəldirdi. Elə ona görə də qonşular işığı kəsmişdilər ki, səs-küydən qulağımız dincəlsin. Ancaq işığı Səxavət kəsməmişdi. Müşfiq burada tək yaşayırdı. Ailəsi yoxdur. Bir qardaşı var, bir də bacısı... Onlar da başqa yerdə yaşayırlar. Müşfiq burada anası ilə qalırdı, anası da rəhmətə getdi. Daha sonra təkcə yaşamağa başladı. Tez-tez spirtli içki qəbul edirdi. Bizim bildiyimizə görə, Səxavətə də pis söyüş söyüb. Səxavət sakit adamdır, burada həyat yoldaşı ilə yaşayırdı. Müşfiq onun həyat yoldaşını söyüb, o da daha dözməyib şişlə bunu vurub. Müşfiq bu yaxınlarda Rusiyaya getməyə hazırlaşırdı. Deyirdi ki, gedib orada işləyəcəm. Bir neçə il öncə bu evdə onun qardaşı da qalırdı. Ancaq sonradan qardaşı harasa köçdü. İndi harada qaldığını bilmirik. İçməsəydi, əl qabiliyyəti yaxşı idi. Buradakı çardağı, şəraitin hamısını öz əlləri ilə qurub".

Qonşular həmçinin bildirdilər ki, Müşfiq tez-tez Səxavətin həyat yoldaşı haqqında nalayiq sözlər danışırmış.

Yuxarıda qeyd etdiyimiz kimi yataqxananın qarşısında heç bir yas çadırı qurulmayıb. Qonşular bildirdilər ki, hələ hadisə barəsində xəbər tutan yoxdur: "Yəqin ki, quracaqlar..."

Mənbə: criminal.az
Məcburi köçkün yataqxanasında baş verən qətlin ŞOK TƏFƏRRÜATI - FOTOLARMəcburi köçkün yataqxanasında baş verən qətlin ŞOK TƏFƏRRÜATI - FOTOLARMəcburi köçkün yataqxanasında baş verən qətlin ŞOK TƏFƏRRÜATI - FOTOLARMəcburi köçkün yataqxanasında baş verən qətlin ŞOK TƏFƏRRÜATI - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1877   Tarix: 06 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021