"Arvadım dedi, uşaq səndən deyil, taxta ilə başını əzdim" - Ərdən qandonduran etiraf

"Arvadım dedi, uşaq səndən deyil, taxta ilə başını əzdim" - Ərdən qandonduran etirafBakıda həyat yoldaşını qısqanclıq zəminində taxta ilə döyə-döyə öldürməkdə təqdirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Ölən şəxsin qardaşı məhkəmədə vəsatət verərək 2 min manat mülki iddia qaldırıb.

Hakim Faiq Qəniyev bildirib ki, mülki iddia ərizəsi işə qəbul olunur, lakin məhkəmə istintaqı dövründə bu məsələ müzakirə ediləcək.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Namiq Ələkbərzadə ittiham üzrə özünü təqsirli bilib.

Ona məhkəmdə sərbəst ifadə vermək təklif olunub.

Namiq Əkbərzadə ifadə vermək istəməyib və istintaqa verdiyi ifadənin qəbul edilməsini istəyib: "Həmişə onu ötüşdürürdüm, yoldaşımın biraz çatışmazlığı var idi. Tez-tez mübahisələr düşürdü. Həmişə onu yola vermişəm. Hadisə günü də qayınanam bizə gəlmişdi. Evdə söz-söhbətdən xəbərdar idi. Mənim nə qayınatamdan, qaynımdan narazılığım yoxdur. Onlarla heç bir problemin olmayıb, sağolsunlar".

İfadəsini davam edən təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib: "Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orda dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, "bala, yola ver". Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O, dayanmadı, beldən aşağı şöyüşlər söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum".

Prokuror və hakimlərin suallarını cavablandıran N. Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb: "Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiya olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar biraz böyüsün".

Zərərçəkmişin hüquqi nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilənə səmimi olmadığını deyib. N.Əkbərzadə isə aqressiv cavablar verib. Hakim hər iki tərəfi sakitləşdirib.

N. Əkbərzadə suallara cavab verən zaman deyib ki, yoldaşını üzbəüz vurub: "Yuxudan oyatdım, sözümü dedim. Suallıma cavab aldım. Taxtayla başını partlatdım. Taxtanı da üstünə atdım. Belə də ki, yaxşı eləmişəm".

Zərərçəkmiş şəxsin nümayəndəsi bildirib ki, onlarda təqsirləndirilən şəxsin həyat yoldaşını yatdığı yerdə vurduğu ilə bağlı rəy var.

Hakimin həyat yoldaşının xəyanətindən şübhələnib-şübhələnmədiyi barədə sualına N.Əkbərzadə belə cavab verib: "Bu barədə danışmaq istəmirəm. Əgər çox maraqlıdısa bir siz, bir də prokuror olsun, danışım".

Daha sonra məhkəmədə ölən qadının qardaşı Əli Hüseynov dindirilib. O, ifadəsində bildirib ki, bacısı 9 il bundan öncə evlənib: "Onlar daha sonra Rusiyaya köçdülər. Uzun müddət orda qaldılar. Sonra ikinci uşaq olan zaman Dilarəni Bakıya göndərdi. Ondan sonra bunların münasibətləri yavaş-yavaş pisləşdi. Dalaşmağa başladılar. Aralarında pul məsələsi də düşmüşdü. Bacım da onun telefonunda başqa qadınlarla danışıqlarını tutmuşdu. Telefonda səs yazıları da var ki, Namiq bacımı söyür təhqir edir. Hətta Bakıya gəlib onu öldürücəyi haqqında da səs yazıları var. Burda yalandan deyir ki, bacımda çatışmazlıqlar olub. Bu, ağ yalandır. Bacım da ondan ayrılmaq istəyirdi. Dilarə Nizami rayon Məhkəməsinə boşanmaq haqqında arayış vermişdi. Iakin oturduq məsləhətləşdik. Dedik ki, onsuz Namiq Rusiyada yaşayır, uşaqların var. Sonra ərizəni geri götürdük".

Hüquqi varis hadisə günündən danışıb: "Səhər zəng gəldi ki, Namiq Dilarəni öldürüb. Ora getdik, uşaqlar boynunu büküb durmuşdu. Hazırda uşaqlar mənimlə bir yerdə yaşayır. Məni yandıran odur ki, yalan və ağzına gələni danışır. Heç zaman Namiqlə münasibətim yaxşı olmayıb. Sadəcə bacımın əri olub, uşaqlarının atası kimi gəlib gedib. Çox kompleksli adamdı. Narkotik maddə istifadəçisi olduğu üçün münasibətim pis idi. İndidə bacıma böhtan atır. Ağır cəzalansın".

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Namiq Əkbərzadə barəsində keçirilən ekpertiza rəyinə görə, o, nə narkotik maddə, nə də spirtli içki aludəçisi olub.

Hakim bildirib ki, gələn proseadə iş üzrə 3 şahid dindiriləcək.

Məhkəmə martın 16-da davam edəcək.

Qeyd edək ki, qətl ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğalaın sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.

(lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4112   Tarix: 09 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021