Azərbaycanda məktəbdə RƏZALƏT! İki imkanlı şəxsin oğulları kasıb qızı zorlayıb videoya çəkdi

Azərbaycanda məktəbdə RƏZALƏT! İki imkanlı şəxsin oğulları kasıb qızı zorlayıb videoya çəkdiBeyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur etdiyi bildirilir.

Xahiş edirəm silin, nə olar silin

Meydan TV-yə bu barədə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Mənbə A.Z.-nın təhdid edildiyi videogörüntüləri də göndərib.

Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Görüntünün sinif otağında çəkildiyi aşkardır. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız "xahiş edirəm silin, nə olar, silin", – deyə yalvarır: "Başınıza dönüm, silin, etməyin", - deyir.

İşi ört-basdır etməyə çalışırlar

Mənbə yerli polis bölməsinin vəziyyətdən xəbərdar olduğunu söyləyir: "Olayla bağlı rayon polis şöbəsində cinayət işi açılıb. Bir nəfər həbs edilib, digəri azadlıqdadır".

Əlavə edir ki, qızı zorlayan və hadisəni lentə alan iki nəfərin ailəsi imkanlı olduqlarından işi ört-basdır etməyə çalışırlar:

"Qızgilin ailəsi çox kasıbdır. Digər ailələr isə imkanlıdır. Hətta birinin atası rayonda vəzifədədir. Eşitdiyimə görə, polisə yüksək miqdarda pul təklif ediblər. İşi bağlamaq istəyirlər".

Olay asanlıqla üstü örtüləcək bir şey deyil

Meydan TV məsələyə münasibət öyrənmək üçün A.Z.,nın ailəsi ilə əlaqə saxlayıb. Yaxınları belə bir olayın olduğunu təsdiqləyiblər. Sadəcə, bu barədə danışmaq istəmirlər:

"Danışmaq çox çətindir. Hazırda ailə kənddən çıxıb, şəhərə gediblər. Məsələ çox böyüsə, onları hazırda qaldıqları yerdən də çıxaracaqlar. Olay elə asanlıqla üstü örtüləcək bir şey deyil. Günahkarlar cəzalarını çəkəcəklər. Sadəcə siz çox getməyin üstünə, şişməsin, böyüməsin. Xahiş edirəm, çox qurdalamayın".

Ana və atası qızdan imtina edib

Ailəni yaxından tanıyan rayon sakinləri isə Meydan TV-yə onların heç yerə köçmədiklərini, evlərində olduqlarını söyləyiblər:

"Bir xeyli adam xəbərdardı olaydan. Onlar heç yerə köçməyiblər. Deyilənə görə, ana və atası qızdan imtina edib. Qız məktəbin 11-ci sinfində oxuyurdu. Məktəbə getmir daha. Oğlanlar isə şagird deyil, məktəbi bitiriblər. Onlardan birini həbs ediblər, digəri isə qaçıb. Hazırda polis tərəfindən axtarışdadır".

Zorlama hadisəsindən söz gedə bilməz

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova Meydan TV-yə uzun müddətdir həmin məktəbin direktorunun olmadığını deyib. Onun sözlərinə görə, direktor təqaüd yaşına çatdığı üçün işdən çıxıb. Məktəbi dərs hissə müdiri idarə edir:

"Bu olaydan sonra o da işdən çıxarıldı. Şagirdlərin hər ikisi (qız və oğlan) məktəbdən qovulub. Sinif rəhbəri vəzifəsindən kənarlaşdırılıb, töhmət alıb. Qız 11-ci sinif şagirdi olub. Heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur".

Xuraman Rüstəmova səmimi qucaqlaşmaya görə şagirdlərin niyə məktəbdən qovulmasına aydınlıq gətirməyib.

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova.

Uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik

Təhsil şöbəsinin müdiri deyir ki, videonu görməyib, sadəcə bu barədə məlumat alıb. Verilən məlumatda isə artıq-əskik heç nə olmayıb: "Araşdırma apardıq. İşdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik. Biz orada 3 gün olduq. Nə lazımdır etmişik. Video necə yayılıb bilmirəm, biz görməmişik. Təkcə onu bilirəm ki, orada bir qız və bir oğlandan başqa kimsə olmayıb. Videonu görmüsünüzsə, siz məndən yaxşı bilirsiniz. Bizə üstüörtülü çatdırılıb. Bu hadisəni pisləyirik və nə lazımdır cəza tədbiri görmüşük".

Polis şöbəsinə gəlin, informasiya verək

Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV olayla bağlı Beyləqan Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb, araşdırmanın nə yerdə olduğunu soruşub. Polis şöbəsindən "məlumat almaq istəyirinizsə, idarəyə yaxınlaşın", - deyiblər: - "Sizə başqa cür informasiya verə bilmərik. Yalnız idarəyə gəlməlisiniz".

Daha sonrakı zəngimizdə isə növbətçi hissədən bildiriblər ki, həmin məktəbdə zorlama hadisəsi olmayıb, polisdə belə bir məlumat yoxdur:

"Nə bizə belə bir məlumat daxil olub, nə də zorlama hadisəsi var. Oxşar bir hadisə olub. Onunla bağlı da bir nəfəri tutmuşuq, içəridədir. İçəridəki şəxslə bağlı isə məlumat verə bilmərəm. Gəlin, şöbənin rəhbərliyi ilə danışın. Daha ətraflı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın. Mən sadəcə növbətçiyəm, mətbuat xidməti deyiləm. Şöbənin rəhbərliyi, rəisi, müavini var. Nə lazımdırsa, gəlin, onlardan soruşun".

Bizə zorlama ilə bağlı məlumat daxil olmayıb

Daha sonra növbətçi polis məktəblə bağlı bir hadisə olduğunu, həmin işin hazırda məhkəməyə getdiyini söyləyib:

"O iş polisdə deyil artıq. Ümumilikdə isə mən ərizə qəbul edirəm, şikayətlərə baxıram, bizə zorlama ilə bağlı məlumat daxil olmayıb".

Bəs erkən yaşlarında videosu yayılmış, ailə tərəfindən imtina edildiyi deyilən qızın sonrakı taleyi necə olacaq? Nə Rayon Təhsil Şöbəsi, nə də yaxınları bu haqda düşünmədiklərini deyirlər. "Hazırda əsas məsələ olayı ört-basdır etmək, unudulmasına çalışmaqdır", – xəbəri verən mənbə deyir.

Həmin qıza ilk növbədə tibbi və psixoloji dəstək lazımdır

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu durumda zərərçəkmişin başına gələnləri danışması önəmlidir:

"Ola bilsin orada elə detallar var ki, o, tamamilə başqa cinayət əməli ilə bağlı cəzaya gətirib çıxaracaq. Əgər şəxsi cinsi xidmətə məcbur edib pul alıblarsa, bu, artıq insan alveri kimi qiymətləndirilə də bilər.

Bundan əlavə, həmin qıza ilk növbdə tibbi və psixoloji dəstək lazımdır. Baş verən hadisədə müdaxilə proqramının ilkin yardımı olmalıdır. Uşağın hər hansı cinsi yolla keçirilən xəstəliyə yoluxub-yoluxmadığı aşkarlanmalıdır. İkinci, psixoloji dəstək və hüquqi yadım mütləqdir".

''Təmiz Dünya'' Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova.

O uşağın həyatı və psixoloji durumu təhlükədə olacaq

"Bütün bunlardan əlavə uşağın təhsilini davam etdirməsinə kömək etmək lazımdır. Onun başqa mühitə keçirilməsi önəmli şərtdir", - deyir Mehriban Zeynalova:

"Bir də ailə ilə iş çox vacibdir. Bu olayda ailənin dəstəyi olmazsa, o uşağın həyatı və psixoloji durumu təhlükədə olacaq".

Criminal.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 41494   Tarix: 10 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart